
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də “ELMİN CAZİBƏSİ” SİLSİLƏSİNDƏN 4-CÜ KİTAB ÇAPDAN ÇIXIB
Geologiya və Geofizika İnstitunda baş direktor akademik Akif Əlizadənin layihə rəhbəri olduğu “Elmin cazibəsi” silsiləsindən 4-cü kitab oxucuların ixtiyarına verilib.
Mətnlərin və orijinal fotoların müəllifi Şirməmməd Nəzərli, rəyçi akademik Əkpər Feyzullayev, redaktor y.e.f.d.Zəki Vəliyevdir.
Elmin populyarlaşdırılması məqsədilə ərsəyə gətirilmiş 235 səhifəlik nəfis kitabda İnstitut kollektivinin hərtərəfli elmi fəaliyyəti əks olunub. Nəşrdə təhsil, elmi ekspedisiya, təcrübəartırma tədbirləri, qarşılıqlı elmi tədbirlər, veteran geoloq alimlər haqqında oçerklər, institutdaxili idman, incəsənət, iməciliklər barədə maraqlı materiallar oxuculara sadə dildə, fotoların müşayiətilə təqdim edilir. Həmçinn Elmi şura iclaslari, lektoriyalar, elmi müdafiə işləri, yay məktəbi, təhsil sistemi, İnstitutun yeni nəşrləri və s. haqqında məlumatlar əksini tapıb.
Kitab elmi cameə, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.