
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
BİR SUAL
“Elmin istehsalatla əlaqəsinin aktual olduğu bir dövrdə rəhbəri olduğunuz şöbədə işlər necə qurulmuşdur?”
Sualı Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzinin rəhbəri Nazim Sadıqov cavablandırır.
- Elmin effektivliyini, rəqabətliyini artırmaq və onu real iqtisadiyyata yaxınlaşdırmaq bu günün ən vacib problemlərindəndir. Bu baxımdan son vaxtlar AR ETN Geologiya və Geofizika İnstitutu elmin istehsalatla əlaqəsinə xüsusi diqqət verir. Ona görə də mineral xammalın xassələrinə, texnoloji prosesə və istehsal olunana məhsulun keyfiyyətinə və sürətini artırmaq məqsədilə bütün əsas analitik cihazlar və köməkçi avadanlıqlar bir mərkəzdə cəmləşdirilmişdir.
Qabaqcıl ölkələrin təcrübələrinə əsasən belə mərkəzin yaradılması yeni analitik cihazlardan kollektiv istifadə, iqtisadi və elmi-praktiki baxımdan sərfəli olaraq öz müsbət təsirini analizlərin ətraflı və operativ aparılmasında göstərir.
İnstitutumuzdakı sertifikatlı analitik mərkəzdə Almaniyadan, Rusiyadan, Yaponiyadan alınmış avadanlıqlar əsasında bu bölmələr yaradılmışdır: ümunələrin qəbulu və analizə hazırlanması; entgenspektral: (S8 TİGER universal rentgenspektrometr); rentgenfaza (MİNİFLEX 600 Rentgendifraktometr); atom-absorbsiya və İCP MS 7700e.
Mərkəzdə qarşıya qoyulmuş məqsəddən asılı olaraq ixtisaslaşmış təcrübəli mütəxəssislərimiz sadaladığım analiz vasitələrindən istifadə edərək, mineral xammalların, süxurların, filizlərin, metal və ərintilərin, torpağın, dib çöküntülərinin, sementin, şüşənin təbii və süni qiymətli bəzək daşlarının, eyni zamanda istənilən qeyri-üzvi (bərk və maye) maddələrin, kimyəvi mineraloji (kimyəvi birləşmələr) tərkibini analiz edirlər. Yəni Mendeleyev (qazlar və təsirsiz qazlardan başqa) cədvəlindəki bütün elementlərin tələb olunan tərkibi dəqiq və qısa bir zamanda təyin edilir. Fikrimi misallarla izah etmək istərdim.
Rentgenspektral və Rentgenfaza analizinə nümunə hazırlığı Almaniyadan alınmış xüsusi avtomatik “HERZOQ” (kürəcikli dəyirmandan, 40 t-luq presdən və 15000C-yə qədər olan Elektrosobadan ibarətdir) kompleksində aparılır.
Ərzaq məhsullarının, yarımkeçirici materialların, tibbi preparatların, bioloji maddələrin, kimyəvi təmiz birləşmələrin, ətraf mühit obyektlərinin, çətin parçalanan maddələrin dib çöküntülərinin tərkibində Hg, As, Cd, Se, B, P və s. kimi elementlərin atom-absobsiya üsulu ilə təyin olunur. Göstərilən elementlərin miqdarının itirilməsinin qarşısını almaq üçün onlar xüsusi analitik avtoklavlarda analizə qısa bir zamanda və itkisiz hazırlanır.
Analizlərin aparılması zamanı Beynəlxalq Standartlaşma Cəmiyyətinin, Rusiya Elmi Tədqiqat Mineral Xammal Ehtiyatları İnstitutunun analitik üsullar üzrə Elmi şurasının təstiq etdiyi metodik göstəricilər və təlimatlardan, neft və neft məhsullarında metalların, P (fosfor) və S (kükürd) təyini zamanı isə ASTM-lərdən və ya sifarişçinin tələb etdiyi metodik vəsaitlərdən istifadə edilir.
Analitik üsullardan istifadə etməklə isə bəzi ekoloji problemləri də həll etmək olur. Məsələn, mineral xammalın (filiz və qeyri-filiz yataqları), torpağın kimyəvi tərkibinin (mikroelementlər də daxil) öyrənilməsi və paylanma qanuna uyğunluqlarının, bitkilər, canlılar üçün faydalı və zərərli komponentlərin, mikroelementlərin təyini; kənd təsərrüfatının və dağ-mədən sənayesi istehsalı tullantılarının kimyəvi və faza tərkiblərinin aşkarlanması; ətraf mühitin qorunması, metalların və onların birləşmələrinin anomal toplanmasının geokimyəvi paylanması və s.
Onu da xüsusilə vurğulamaq istərdim ki, yeni istehsal obyekti quran iş adamlarının tələblərinə uyğun olaraq respublika ərazisində yerləşən hər növ qeyri-filiz yataqları (divar və inşaat daşları, keramik məmulatlar istehsalına yararlı gillər, yüngül doldurucular xammalı, üzlük daşlar, alternativ enerji mənbələri – bitumlu qum və yanar şistlər və s.) haqqında bütün istiqamətlərdə ixtisaslaşmış arayış və məsləhətlərin (konsaltinq) verilməsini təmin edən xüsusi geoloji xidmət qrupumuz fəaliyyət göstərir.
Təcrübəmizi ali təhsil ocaqlarının uyğun fakültələrinin tələbələri ilə də həvəslə bölüşürük. Beləliklə, GGİ-də elmin istehsalatla faktiki əlaqəsini gerçəkləşdirməklə xidmətlərimizi əsirgəmirik.