Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Feb 2025 İclaslar İclaslar

GGİ-də NÖVBƏTİ LEKTORİYA MARAQLA QARŞILANIB

ETN Geologiya və Geofizika İnstitutunda ənənəvi lektoriya tədbirinin növbəti toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Akif Əlizadə cari tədbirin əhəmiyyətini açıqlayıb və  “Filiz geologiyası və petrologiyanın fundamental problemləri: gələcəyə baxış” mövzusunda məruzə üçün sözü g.-m.e.d., professor Nazim İmamverdiyevə verib.


Məruzəçi lektoriya iştirakçılarını maqma haqqında ümumi anlayış təqdim edib,  onun kristallaşma şərati, təkamülü barədə izahat təqdim edib. Həmçinin maqmatik süxurların təsnifatı, onların əmələgəlmə səbəblərindən danışıb. Müxtəlif geodinamik   şəraitlərdə formalaşan maqmatik süxurlar, filiz yataqlarının təsnifatına müasir yanaşma barədə məlumatlar böyük maraq doğurub. N.İmamverdiyev vurğulayıb ki, maqma çoxfazalı mühitdir, onun tərkibində ərintidən başqa kristallar və onların bitişikləri, yan süxurların ksenolitləri, qaz qabarcıqları iştirak edə bilər.Ərinti və kristalların münasibəti bütün kütlənin hərəkətetmə qabiliyyətini təyin edir: 99 faiz ərinti + 1 faiz kristal  maqmadır. Amma 1 faiz ərinnti + 99 faiz kristal maqma deyil.


Alimin hərtərəfli elmi izahı rəngli elektron plkatlarla müşayiət olunub, həmçinin mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb.


Filiz yataqları genezisinin müasir modellərinin ekranda görüntüləri əksəriyyəti gənc alimlərdən ibarət publikada dərin təəssürat yaradıb.

 

GGİ-də NÖVBƏTİ LEKTORİYA MARAQLA QARŞILANIB
GGİ-də NÖVBƏTİ LEKTORİYA MARAQLA QARŞILANIB
GGİ-də NÖVBƏTİ LEKTORİYA MARAQLA QARŞILANIB
next
next