Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Feb 2025 İclaslar İclaslar

GGİ ELMİ ŞURASININ İCLASINDA CARİ İLİN MÜHÜM FƏALİYYƏT PLANLARI MÜZAKİRƏ EDİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Elmi şurasının növbəti islasını açan baş direktor akademik Akif Əlizadə səsə qoyulmuş gündəliyin təsdiqindən sonra giriş nitqində  2025-ci il üzrə elmi-tədqiqat işlərinin əhatəli planı haqqında danışmaq üçün sözü AMEA müxbir üzvü Dadaş Hüseynova verib.  

Baş direktorun elmi işlər üzrə müavini D.Hüseynov cari ildə görüləcək elmi-tədqiqat istiqamətində reallaşacaq işlərin əhatəli proqramını  təqdim edib. Proram ətrafında müzakirə aparılıb və təsdiq edilib.

GGİ-nin elmi katibi g-m.e.n. Yeganə Lətifova 2025-ci il üzrə Elmi şuranın, Ümumrespublika  elmi seminarlarının  və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuş lektoriyaların iş planları barədə məlumat verib. Sonra planlar ətrafında müzakirə aparılıb və iclas iştirakçılarının sualları cavablandırılıb.

İclasda həmçinin GGİ Yerin radioaktiv sahələri  şöbəsinin böyük elmi işçisi  y.e.f.d. Fərəh Mahmudovanın “Tibbi geologiya  sahəsində  ETİ proqramının tematik plana daxil edilməsi haqqında” məruzəsi dinlənilib. “Geofiziki,  geokimyəvi faktorlar və insan orqanizminin  adaptiv fiziologiyası” və “Təbii mənşəli radiasiyanın  təsiri   və insan  orqanizminin adaptiv fiziologiyası ” istiqamətində qurulmuş məruzə maraqla qarşılanıb, suallar cavablandırılıb və müzakirələr aparılıb. Nəticədə sənəd İnstitutun 2025-ci il üçün tematik proqramına daxil edilib.

Baş direktor akademik Akif Əlizadə GGİ elmi və elmi-təşkilati fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı şöbə rəhbərlərinin təkliflərini səsləndirib və müzakirə keçirilib. Təkliflər qismən qəbul olunub. Baş direktor yekun sözü söyləyəndə xatırladıb ki, bu iclasda olduğu kimi digər planlaşdırma tədbirlərində də təşkilati  işlərin təkmilləşdirilməsi, həmçinin çox təcrübəli yaşlı nəsil alimlərinin tövsiyələrinə daim istinad olunacaq. 

Elmi şura iclası müxtəlif məsələlərin çözülməsi ilə sona çatıb.

next
next