Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də ELMI-TƏDQİQAT İŞİNİN MÜZAKİRƏSİ KEÇİRİLİB
AR ETN Geologiya və Geofizika İnstitutunda yerinə yetirilən “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili” adlı elmi-tədqiqat işinin müzakirəsi keçirilib.
Tədbirdə Geologiya və Geofizika İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Yerin radioaktiv sahələri şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü Çingiz Əliyev, böyük elmi işçi y.e.f.d. Əzizə Əliyeva, Dinamiki geologiya şöbəsinin baş elmi işçisi, professor Fuad Hacızadə, Hidrogeologiya və geokologiya şöbəsinin baş mütəxəssisi Tariel Hüseynov Azərbaycan Respublikası Kosmik Agentliyi publik hüquqi şəxsin məsul inkişafi üzrə mütəxəssisi Elman Ələskərov, KTN Aqrar Tədqiqatlar Mərkəzinin GİS üzrə aparıcı mütəxəssisi Nicat Əhədi və ADSEA Texniki şərtlərin hazırlanması şöbəsinin rəisi Yusif Əhədi iştirak ediblər.
Müzakirədə icraçılar elmi-tədqiqat işinin gedişatı haqqında geniş məlumat veriblər. Məsafədən zondlama məlumatları əsasında müəyyən edilmiş təhlükəli ərazilərdə yerüstü radiometrik ölçmələrin nəticələrinə, tərtib edilmiş xəritələrə və ərazilərdən götürülmüş nümunələrin laborator şəraitdə radionuklid tərkibinin müəyyən edilməsi diqqət mərkəzində olub. Yeni yanaşmalar və işin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Yekunda işin tədqiqat planına uyğun olaraq davam etdirilməsi qərara alınıb.