Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Dec 2024 İclaslar İclaslar

GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB

AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun  Elmi şurasının növbəti iclası keçirilib. Tədbirin gündəliyi təsdiq olunandan sonra İnstitutun baş direktoru akademik Akif Əlizadə giriş sözü söyləyib. Sonra “Azərbaycan neftinin gələcəyinə baxış: müasir vəziyyət, analiz və təkliflər” mövzusunda məruzə üçün söz İnstitutun aparıcı elmi işçisi g.-m.e.n. Şahvələd Köçərliyə verilib.


Ş.Köçərli çıxışında qeyd edib ki, hesablamalara əsasən cari hasilat tempində mövcud ehtiyatlar XXI əsrin sonuna qədər çata bilər ki, bu da dünyəvi göstəricilərdən (58-60 il) xeyli çoxdur. Həmçinin yeni kəşfiyyat obyektləri kimi Xəzərin dərin sulu hövzələrindəki strukturları, Cənubi Xəzər çökəkliyinin qərb sahilyanı zonası, Qobustan, Acınohur və Cəlilabad çökəkliklərinin sahələri təklif oluna bilər. Qeyri-ənənəvi enerji mənbələrinin (qazhidratlar, yanar şistlər və s.), alternativ enerji növlərinin geniş mənimsənilməsi də vacib məsələlər olaraq qalmaqdadır. İstismarda olan və sulaşma faizinin 95-98%-ə çatdığı könhə yataqlarda neftçıxarma əmsalının 55-60%-ə qədər qaldırılması üçün real imkanlar mövcuddur və bu barədə əməli tədbirlər ğörülməlidir.


Faktlarla zəngin məruzə maraqla dinlənilib, həmçinin suallar cavablandırılıb. Həmçinin Elmi şura g.-m.e.n. Şahvələd Köçərlinin məruzəsi əsasında xüsusi qərar qəbul edib. 


Geologiya və Geofizika İnstitutunda yaradılmış baza kafedralarının fəaliyyəti haqqında “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının baza filialının rəhbəri akademik Fəxrəddin Qədirov və BDU-nun nümayəndəsi g.m.e.n. Əvəz Məmmədov kafedrada görülən işlər haqqında məruzə ediblər. Diqqətə çatdırılıb ki, GGİ-da müvafiq auditoriya və tələbələrin birbaşa tədqiqatlarda istifadə edə biləcəyi müasir geofiziki və seysmoloji cihazlarla təchiz olunmuş laboratoriyalarda birgə magistr hazırlığı və ixtisas təcrübələri həyata keçirilir. Bu da tədris prosesini uğurla tamamlayan tələbələrin işlə təmin olunmasına xüsusi diqqət ayırmağa imkan yaradır.


Y.e.f.d. Səadət Ələkbərova İnstitutun baş direktoru Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda fəlsəfə doktorluğu üzrə hazırlıq keçən doktorantların, elmlər doktoru hazırlığı və dissertantların attestasiyası  haqqında məlumat verib. Eləcə də onların dissertasiya işlərinin gedişatında böyük əhəmiyyət kəsb edən çöl işlərində iştirakları barədə söhbət aparılıb.


Y.e.e.d. Qulam Babayev hesabt xarakterli cıxışında bildirib ki, “ANAS Transactions, Earth Sciences”, “Stratiqrafiya, neft sedimentologiyası, geokimya” jurnallarında 3 il ərzində alimlərimizin çap olunan məqalələrinə 40 istinad qeydə alınıb. Məruzəçi qeyd edib ki, elmi nəzəriyyələr əsasında dünya akademik tədqiqatlarında əsas göstəricilərdən biri olan dörd kateqoriyalı kvartil şkalasında (Q), jurnal Q3 sinfinə daxildir.


Daha sonra g.-m.e.n. Samir Məmmədov Geologiya və Geofizika İnstitutunun ümumi təsərrüfat məsələləri üzrə fəaliyyət haqqında ətraflı məlumat təqdim edib.


Sonda Elmi şura üzvlərinin çoxsaylı suallarına aydınlıq gətirilib, rəy və təkliflər səsləndirilib.

GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
next
next