Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Nov 2024 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA KEÇİRİLİB

Geologiya və Geofizika İnstitutunda əsasən gənclər üçün nəzərdə tutulan növbəti lektoriya keçirilib.


Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BDU Coğrafiya fakultəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, H.Əliyev adına  Coğrafiya İnstitutunun nümayəndələri, GGİ-də təhsil alan dissertant və  doktorantlar iştirak ediblər.


Lektoriyanı giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə artıq ənənə halını almış lektoriya tədbirlərinin gənc alim və təlbələrin elmi maariflənmə istiqamətində əhəmiyyətini vurğulayıb və “Planetimizin buzlaşma mərhələləri” mövzusunda məruzə üçün sözü GGİ


“Hidrogeologiya və geoekologiya” şöbəsinin rəhbəri c.e.d. Vaqif Məmmədova verib.  


Məruzəçi V.Məmmədov məruzəsində dünyanın buzlaqları , onların əmələgəlmə  şəraiti ,  ərazi  və yüksəkliklər üzrə paylanması və s. proseslər barədə araşdırma məlumatlarını, qədim geoloji dövrlərdə, yəni 2 milyard 950 milyon il öncəki zamandan başlanmış müasır dövrə kimi olan buzlaşmalar, qlobal iqlim dəyişmələri  haqqında məlumat ətraflı informasiya təqdim edib. Respublikamızın yüksək dağlıq zonalarındakı buzlaşmaların dövri xüsusiyyətlərini  göstərib. Həmçinin buzlaşma və dağəmələgəlmə proseslərində ritmlərin mövcudluğu qeyd edib.


Faktlarla  zəngin məruzə iştirakçılar tərəfindən maraqla dinlənilib və auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

 

 

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA KEÇİRİLİB
next
next