Ana Səhifə / Xəbərlər

Xəbərlər

01 Jul 2024 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZIKA İNSTİTUTUNUN ELMİ ŞURASININ ”YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLIK İLİ” ÇƏRÇİVƏSİNDƏ İCLASI KEÇİRİLİB

“Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində Elmi şuranın geniş iclası “Geologiya və Geofizika İnstitutu COP29 beynəlxalq konfransı ərəfəsində” mövzusuna həsr edilib.

Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun (GGİ) baş direktoru akademik Akif Əlizadə rəhbərlik etdiyi müəssisənin geoloq və geofiziklərinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı  elmi potensialını xatırladaraq bildirib ki, alimlərin sözügedən beynəlxalq tədbirdə fəallıqları zəruridir. Baş direktor, həmçinin COP29-un tarixçəsi, mahiyyəti, bu tədbirə indiyə kimi ev sahibliyi etmiş ölkələr barədə danışıb, noyabr ayında Azərbaycanda baş tutacaq əzəmətli tədbirlə bağlı ölkə rəhbərliyinin səylərini diqqətə çatdırıb.

Sonra sözü Bakı Dğvlət Universitetinin professoru, c.e.d. Aydın İbrahimova verib. A.İbrahimov “COP29 və onun geosiyasi əhəmiyyəti” mövzusunda məruzəsində bildirib ki, Qarabağ bölgəsinin 30 illik işğaldan sonra azad edilməsi Azərbaycan üçün tamamilə yeni geosiyasi reallıq yaradıb. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın dəyərinin dünya miqyasında qiymətləndirilməsinə şübhəsiz ki, xidmət edəcək.

Akademik Fəxrəddin Qədirovun reallaşdırdığı məruzə “Peyk texnologiyalarından istifadə etməklə iqlim dəyişikliyinin nəticələrinin tədqiqi: dayanıqlı inkişaf məqsədilə yaşıl enerjiyə keçid imkanları (Azərbaycan və Xəzər rayonu)” mövzusuna həsr edilib.

Daha sonra c.e.d. Vaqif Məmmədovun “İqlim dəyişmələri ssenarisi nəzərə alınmaqla Azərbaycanda geoloji prosesslər” və b.e.n. Tariel Eybatovun “Xəzər suitilərinin populyasiyasına iqlim dəyişməsinin birbaşa təsiri” mövzusunda məruzələri dinlənilib.

Yekunda akdemik Akif Əlizadə xatırladıb ki, qarşıdan gələn COP29  beynəlxalq tədbirin  effektiv reallaşması üçün əməkaşların bütün təklif və ideyaları institut rəhbərliyi tərəfindən məmnuniyyətlə qəbul olunacaq.

next
next