Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də DİSSERTASİYA İŞİNİN MÜDAFİƏSİ REALLAŞIB
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 1.01 Dissertasiya şurasının iclası keçirilib.
Dissertasiya şurasının sədri, geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Əkpər Feyzullayev Geologiya və Geofizika İnstitutunun keçmiş dissertantı, “Filiz maqmatik sistemləri və minerageniya” şöbəsinin elmi işçisi Tellər Qədirovanın 2503.01 – “Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları” ixtisası üzrə “Böyük Qafqazın cənub yamacının Duruca zonasının qara şistlərinin filizliliyinin geokimyəvi modeli və proqnoz-axtarış kriteriləri”mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsinə həsr olunmasını qeyd edib. Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Dilquşa Mirzəyeva şura üzvlərini dissertasiya şurasına daxil olan sənədlərlə tanış edib.
Geologiya və Geofizika İnstitutunda yerinə yetirilmiş dissertasiya işinin elmi rəhbərləri g.-m.e.d. Çingiz Qaşqay və g.-m.e.n. Rauf Kərimovdur.
Rəsmi opponentlər g.-m.e.d., professor Adil Əliyev (AR ETN Geologiya və Geofizika İnstitutu), y.e.d., dosent (BDU), y.e.d., dosent Şəhla Abdullayeva (BDU), y.e.f.d. Anar Vəliyevdir ("Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited").
T.Qədirova dissertasiya işinin əsas məzmunu, müdafiə olunan müddəaları və tədqiqat işinin nəticələrindən irəli gələn elmi yeniliklər haqqında məlumat verib, sualları cavablandırıb, sonra geniş müzakirələr keçirilib.
Elektron səsvermə keçiriləndən sonra yekun rəyin layihəsi müzakirə olunub və qərara alınbı ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında Tellər Süleyman qızı Qədirovanın 2503.01 – “Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları” ixtisası Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.