
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
“AZƏRBAYCAN ELMİ: GƏLƏCƏYƏ BAXIŞ” İKİCİLDLİYİNİN İKİNCİ CİLDİ ÇAPDAN ÇIXIB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin “Azərbaycan elmi:gələcəyə baxış” ikicildliyinin ikinci cildi çapdan çıxıb.
Akademik Teymur Kərimlinin ümumi redaktorluğu ilə ərsəyə gəlmiş kitab “Nafta-Press” nəşriyyatında çapa hazırlanıb. Nəşrin tərtibçiləri texnika elmləri doktoru Vaqif İbrahimov və geologiya-mineralogiya elmləri namizədi Yeganə Lətifovadır.
Oxuculara təqdim olunan kitabın ikinci cildində görkəmli alim-geoloq və elm təşkilatçısı akademik Akif Əlizadənin elmi və elmi-təşkilati fəaliyyətinin müəyyən məqamlarına toxunan rus və Azərbaycan dillərində jurnal və qəzet məqalələri dərc edilib.
Nəşrdə həmçinin akademik Akif Əlizadənin fəaliyyətini əks etdirən foto bloku qa yer alıb.