
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ ELMİ-TƏDQİQAT İŞİ NƏŞR EDİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin müvafiq əmrinə əsasən tərtib edilən “Геологическая изученность Азербайджана за 1971-2020 годы” (“1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi”) beşcildliyinin birinci cildi (2 kitabda) çapdan çıxıb.
Birinci kitabda 1971-1975-ci, ikinci kitabda 1976-1980-ci illərdə dərc edilmiş və həmçinin əlyazma elmi-tədqiqat işləri toplanıb.
Nəşrin elmi redaktoru akademik Akif Əlizadə, redaktorları g.-m.e.d., professor Adil Əliyev, AMEA-nın müxbir üzvü Tələt Kəngərli və g.-m. e. n. Şahvələd Köçərlidir.
“Геологическая изученность Азербайджана за 1971-2020 годы” (“1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi”) kitabında “Paleontologiya və stratiqrafiya”,”Petrologiya, litologiya, geokimya, mineralogiya və petroqrafiya”, “Regional geologiya və geotektonika”, “Geofiziki tədqiqatlar”, “Neft-qazın geologiyası və geokimyası, palçıq vulkanizmi”, “Faydalı qazıntılar”, “Hidrogeologiya və mühəndisi geologiya”, “AMEA Geologiya və Geofizika İnstitutunun Fond materialları ”, “Dissertasiya işləri və dissertasiyaların avtoreferatları” istiqamətləri üzrə elmi-tədqiqat işləri əhatə edilir.
1020 səhifəlik elmi-tədqiqat işinin tərtibində 32 alim iştirak edib.