
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Elanlar
IV ÜMUMRESPUBLİKA OLİMPİADASI KEÇİRİLƏCƏK
GEOLOGİYA VƏ GEOFİZİKA ÜZRƏ
IV ÜMUMRESPUBLİKA OLİMPİADASI KEÇİRİLƏCƏK
AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın 80 illik yubileyi münasibətilə geoloq və geofizik tələbələr üçün 16 yanvar-17 mart tarixllərində. “Geologiyada və Geofizikada fənlərarası tədqiqatlar elmin gələcəyidir” adlı IV Ümumrespublika olimpiadası keçiriləcək.
Tədbir ali ixtisas təhsili müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə reallaşdırılır.
Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı linkə keçid etsinlər:
https://sites.google.com/view/ggiolimpiada/ana-s%C9%99hif%C9%99