Təbiət abidələri


Palçıq Vulkanları

 

©Ad.A.Əliyev.
 
                     
Geologiya elminin mühüm istiqamətlərindən biri palçıq vulkanlarıdır- bu da öz növbəsində təbiətin olduqca maraqlı və sirli bir hadisəsidir-yerin dərinliyi haqqında böyük dərk edici məlumatlar daşıyıcısıdır.
 
 
Palçıq vulkanlarının tədqiqi dərin horizontların quruluşunu, baş verən geokimyəvi proseslərin, böyük dərinliklərin neftqaz aparıcılığının qiymətləndirilməsi məqsədi ilə praktiki məsələlərin həllinə imkan yaradır. Maqmatik vulkanlar ilə tutuşdurulduqda palçıq vulkanlarının qlobal miqyasda yayılması məhduddur; Alp-Himalay, Sakit Okean və Mərkəzi Asiyanın mütəhərrik qurşaqlarında dünyanın 30 ölkəsində (İtaliya, Rumıniya, Ukrayna, Azərbaycan, Türkmənistan, İran, Pakistan, Myanma (Birma), Malayziya, İndoneziya, Kolumbiya, Trinidad, Tobaqo və s.) yerləşiblər.
 
 
Palçıq vulkanlarının inkşafı üçün Azərbaycanın ərazisi unikal və klassik regiondur. Planetimizdə məlum olan 800 palçıq vulkanlarından 400-ə yaxını Cənubi Xəzər neftqaz hövzəsi hüdudlarında yerləşir ki, onlardan da 300-dən çoxu Cənubi Azərbaycan və Xəzər ətrafı akvatoriyadadır. Ona görə də, Azərbaycanın palçıq vulkanlarının vətəni sayılması təsadüf deyil. Eyni zamanda burada palçıq vulkanlarının təzahürünün bütün formalarına rast gəlinir (fəaliyyətdə olan, sönmüş, gizlədilmiş, sualtı, bollu neftayıranlar). Vulkanların sayına onların fərqliliyinə və fəaliyyətlərinin aktivliyinə görə dünyada Azərbaycana bənzər ərazi yoxdur.
 





 
Müasir palçıq vulkanlarının fəaliyyətində 2 mərhələ seçilir: fəal-paroksizmal və passiv-qrifonlu salzlı.
 
 
Birinci mərhələ vulkanın dərinliklərdəki ocaqla boğaz və kanal vasitəsi ilə bağlı olan əsas eruntiv mərkəzdən qazların və brekçilərin (süxur qırıntıları ilə gil qarışığı) güclü tullantılarla xarakterizə olunur.
 
 
İkinci mərhələ, təkrar eruntiv mərkəzdən vulkan püskürməsindən sonra nisbətən çox da böyük həcmli olmayan qazların , palçığın və üzərində neftdən pərdə olan lilli suların sızması ilə xarakterizə olunur.
 
 
Palçıq vulkanlarının püskürməsi, sözsüz, bilavasitə nəzarət edilməyi mümkün olan maraqlı geoloji təzahürlər sırasına aiddir.
 
 
Azərbaycandakı palçıq vulkanları haqqında daha erkən və natamam məlumatlar, ölkəmizə gələn ayrı-ayrı səyahətçilərin gündəliklərində və qeydlərində rast gələn şahidi olduqları vulkan püskürmələri, alovun yanması haqqında qeydlərdir. Məsələn, Ərəb səyahətçiləri Əbu-əl-Həsən Əli Məsudi (IX əsrin axırı-956/957), Əbu Həmid Qarnati (1080-1170) və s. yol qeydlərində Azərbaycanda palçıq vulkanlarının püskürməsi haqqında məlumatlar var. Şəmsəddin Diməşqi (1256-1327)-ci ildə qeyd edib: Xəzər dənizində bir ada var ki, oradakı böyük vulkandan alov çıxır, o böyük hündür şama bənzəyir. Bu alov qurudan çoxlu fərsəq məsafəsində yerləşir.
 
 
Gil adası, Xarə-Zirə (Bulla) adası, Yanan-Tava , Bozdağ-Qobu, Lökbatan, Keyrəki Abşeron yarımadasında-dəniz və qurudakı vulkanlar haqqında birinci məlumatlar 1810-1830-cu illərdə nəşr olunmuşdur. Palçıq vulkanlarının elmi tədqiqatı Qafqazın böyük bilicisi, Sankt-Peterburq Elmlər Akademiyasının həqiqi üzvü Q.V.Abixin adı ilə bağlıdır.
 
 
Bu təbii fenomenin öyrənilməsinə 1861-ci ildə Cənubi xəzərdə Kumani (Çınqıl dəniz) bankasındakı möhtəşəm püskürmə səbəb oldu. Axır yüzillikdə palçıq vulkanlarına olan marağın artması çoxlu məqalələr və bir sıra fundomental işlərin əmələ gəlməsinə səbəb olmuşdur (D.V.Qolubyatnikov, İ.M.Qubkin S.A.Kovalevskiy, S.F.Fyodorov, H.S.Şatskiy, P.P.Avdusin, A.A.Yakubov, M.Q.Ağabəyov, A.A.Əlizadə, Ş.F Mehdiyev, B.A.Qorin, M.M.Zeynalov və s.).
 
 
Bu işlərdə təkcə palçıq vulkanlarının püskürməsi və bu zaman əmələ gələn məhsullar həmdə vulkanların qenezisi sualları axırıncı neftqaz yataqları ilə əlaqəsi öyrənilir.
 
 
Bütün bu illər ərzində palçıq vulkanizminin elmi və praktiki suallarının işlənməsi ilə yanaşı palçıq vulkan püskürmələrinə , təbii prosesin xüsusiyyəti ilə onların fiksasiyasına, vulkan tullantıları məhsullarına (brekçilər, flüidlər ) ciddi fikir verilirdi. Palçıq vulkanının hər püskürməsi yer dərinliklərində baş verən proseslər haqqında “xəbərdir”, yeni bir informasiyadır. Təəssüf ki palçıq vulkanlarının püskürmə prosesi çox qısa olduğundan, bu təzahürü başlanğıcdan sonuna qədər müşahidə etmək hər zaman mümkün olmur. Adətən geoloqlar bu haqda bir qədər gec xəbər tuturlar, çox vaxt vulkan olan yerə püskürmə sona çatandan sonra çatırlar. Bu prosesin necə baş verdiyini isə hadisəni gözü ilə görmüş insanlar nəql edirlər.
 
 
Qəflətən püskürən palçıq vulkanları çox mənzərəli şəkildə olur, bəzən yaxınlıqda olan insanlarda qorxu yaradır. Yeraltı uğultu və ya ildırıma bənzər gurultu, daha sonra partlayış, brekçi tullantısı, karbohidrogen qazlarının 200-250 m hündürlükdə alov əmələ gətirərək yanması. Bu zaman yanma temperaturu 10000-120000 C-yə çatır. Ətrafda süxurların kiçik hissəcikləri şlaka çevrilir.
 
 
Dövri şəkildə, sanki müəyyən porsiyalarla, alov ilə birlikdə səmaya doğru hündürlüyə, vulkanın ocağını krater ilə birləşdirən ağızdan külli miqdarda brekçilər tullanılır. 80-120 m hündürlükdə apageyə çataraq bütün kütlə vulkanın kraterinə doğru tökülür və krater sahəsinin çökəkliyi təzə tullanmış brekçi ilə dolur, bəzən axın vulkanın enişləri ilə qəribə “dillər” şəklində axır. Əgər qaz və sular özlərinə yol tapa bilərlərsə (vulkanın kanalı brekçilərlə tutulmayıbsa), onda müəyyən zaman ərzində mikroforma əmələ gəlir-əsas etibarilə vulkanın ağzının anofizləri ilə bağlı olan fəaliyyətdə olan sopkalar, qrifonlar və salzlar.
 
 
Bizim zamanda mövcud olan iri palçıq vulkanları-bu onların çox-çox million illər əvvəl ilk dəfə başlandıqdan sonra təkrar-təkrar püskürmələrinin nəticəsidir. Təyin edilib ki, cənub-şərqi Qafqazda palçıq vulkanlarının fəaliyyəti ilk dəfə 30-35 mln il əvvəl baş vermişdir. Qobustanın bəzi sahələrində yuxarı maykop çöküntülərində (yəni aşağı miosen) lay brekçilərinin tapılması buna misaldır. Lay brekçilərinin miosen-pliosen kəsilişlərində və dördüncü dövr çöküntüləri, Qobustandan başqa və Azərbaycanın başqa neftqaz rayonları-Abşeron yarımadası, Aşağı Kür çökəkliyində və Bakı arxipelaqında, vulkanların püskürdüyü Azərbaycan sahəsinin neogen-postpliosen inkişaf dövründəki vulkan püskürmələri qeyd edilir.
 
 
Palçıq vulkanizmi –yer qabığının dərin qatlarında baş verən proseslərlə bağlı olan təbii təzahürdür.
 
 
Ötən əsrin 20-ci illərində görkəmli tədqiqatçı, professor D.V.Qolubyatnikov palçıq vulkanını olduqca dəqiqliklə pulsuz kəşfiyyat “quyusu” adlandırmışdır. Bu cür “quyuların” dərinliyi hərdən 10-12 km və daha çox olur. Bu o deməkdir ki, yer səthinə çıxarılmış müxtəlif dağ süxurları, qazlar və minerallaşdırılmış sular-özünə görə yerin “vizit kartıdır” ki, bu da hal-hazırki zamanda müasir qazıma texnikası üçün əlçatmazdır. Palçıq vulkanlarının fəaliyyət məhsullarını əsasən də onların püskürmə dövründə hissə -hissə öyrənərək biz dərinliklərdə, palçıq vulkanları zonasında baş verən geokimyəvi proseslər haqqında qiymətli məlumatlar əldə edirik, ən əsası isə yerin dərin qatlarındakı təbii sərvətlərin öyrənilməsinə və aşkar edilməsinə imkan yaranır. Palçıq vulkanları təkcə neft və qazın sputnikləri deyil, həmdə onların köməkliyi geoloqlar palçıq vulkanları nəticəsində mürəkkəbləşdirilmiş strukturlarda əminliklə axtarışlar aparırlar, və neftqaz yığıntılarını kəşf edirlər. Palçıq vulkan brekçiləri bor, marqanes, litiy, vanadiy, mis və s. qiymətli kimyəvi elementlərin işlənməsi üçün obyekt kimi işlənilə bilər; vulkanik sular da öz növbəsində bor, yod, brom ilə boldur.
 
 
Vulkanik palçıq gözəl müalicə xüsusiyyətlərinə malikdir və ondan müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Vulkanik gildən inşaatda yüksək keyfiyyətli xammal kimi kərpic və metallurgiyada gil kürələri istehsalında istifadə oluna bilər.
 
 
Və nəhayət, palçıq vulkanlarının fəaliyyəti Azərbaycan ərazisinin seysmikliyi ilə sıx bağlıdır.