İnnovasiya


Azərbaycanın çöküntü süxurlarının mezozoy və kaynazoy kollektorlarının xüsusiyyətlərinin atlası (paleogen-miosen)

 

 

I. Layihənin elmi əsaslandırılması
 
 
Məlumdur ki, məhsuldar qat (MQ) Cənubi-Xəzər Hövzəsinin əsas kollektorudur. Beləliklə geoloqlar döşənmiş çöküntü qalıqlarından daha çox bu geoloji kompleksə diqqət yönəldiblər. AMEA-nın Geologiya Institutu tərəfindən Azərbaycanın MQ çöküntülərinin kollektor suxurlarının xüsusiyyətləri haqqındakı əsərlər yuxarıda göstərilənləri təstiq edir. 
 
 
Eyni zamanda Azərbaycanın miosen, oliqosen, eosen və təbaşir komplekslərində nefti və qazın sənaye həcmi MQ-ilə bir sıradadır. 
 
 
Buradan belə görünürki, bu komplekslərə aid suxurların kollektor xüsusiyyətlərini kompleks şəkildə tətbiq etmək lazımdır.
 
 
Yer elmləri uzunmüddətli tarixi ərzində bu haqda çoxlu məlumat toplanmışdır. Axır illərdə Geologiya İnstitutunun xarici neft kompaniyaları və elmi-tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsi nəticəsində daha çox qiymətli məlumat əldə edilib. Bütün məlumatlar qapalı xüsusiyyət daşıyır ki, bu da onların ümumi metodiki bazada “vahid bütöv” kimi tətbiqi və anlayışını çətinləşdirir. Beləliklə onların tədqiqi sistemləşdirilməsi və ümumiləşdirilməsi MQ-a aid olan əvvəlki əsərlərdəki kimi müasir və aktualdir, elmi və tədbiqi mənası var.
 
 
Nəzərdə tutulan sualın elmi aspekti neft-qaz tərkibi, MQ-dan fərqli olaraq tədqiq olunan stratiqrafik intervalda təkcə məsamələrarası terrogen kollektorlarda deyil həm də qat-qat karbonlu, kavernozlu vulkanogen və vulkanogen-çöküntülü suxurlar ilə bağlıdır. 
 
 
Bütün bunlardan göründüyü kimi müxtəlif tipli rezervuarların kollektorlarının imkanlarının fərqli qiymətləndirilməsinin və eyni zamanda onların Azərbaycanın müxtəlif neftqazdaşıyıcı rayonlarında inkişafının xüsusiyyətlərinin öyrənilməsi zəruriyyəti ortaya çıxır. 
 
 
Təqdim olunan “Azərbaycanın mezozoy və kaynazoy qabığının məhsuldar qatının kollektor xüsusiyyətlərinin Atlası” bir az əvvəlcədən təqdim olunmuş “Azərbaycanın məhsuldar qatının kollektor xüsusiyyətləri Atlası”  ilə birlikdə bir-birini tamamlayaraq Azərbaycanın yer qabığının bütün çöküntü qatının kollektor xüsusiyyətlərinin təsvirini yarada bilər. Bu nöqteyi-nəzərdən hal-hazırkı tədqiqat kommersiya marağı yaradır. “Azərbaycanın məhsuldar qatının kollektor xüsusiyyətlərinin Atlasları”-nın redaktəsində iştirak edən ekspertlər qrupu və bu cürə tədqiqatlarda iştirak edən və praktiki təcrübəsi olanlar da bu proyektə cəlb edilmişdilər. 
 
 
II. Məqsəd. Məsələ. İnformasiya – metodik təminat.
 
 
Proyektin məqsədi “Atlas üçün ötən illər ərzində Azərbaycanın mezozoy və kaynozoy kollektorları” halında bütün məlumatların vahid göstəricilərinin yaradılmasıdır. 
 
 
Bu məqsədə çatmaq üçün aşağıda göstərilən əsas məsələlər: 
  • son 50 il müddətdə Azərbaycanın mezozoy və paleogen –miosen süxurlarının kollektorlarının xüsusiyyətlərinə aid olan fond materiallarının və ədəbiyyatının analizi və sistemləşdirilməsi;
  • toplanmış məlumatların daxil olunması və onların uyğun proqram təminatı ilə işlənilməsi;
  • mezo-kaynozoyun təbii çıxış sahəsinin və uyğun metofasiyal analizlərin təkrar (lazım olduqda) tədqiqatlarının aparılması;
  • Atlasın kompyuter işlənməsinin təsviri;
  • sənədin tərtib olunması və hazırlanmış sənəd əsasında Atlasın nəşrə buraxılması 
 
 
Əvvəlki mərhələyə əsasən işlənilən layihənin metodiki bazası litologiya, stratiqrafiya, NQR hər biri üzrə mezozoy çöküntülərinin kollektor xüsusiyyətlərinin faktiki göstəricilərinin analizi sisteminə əsaslanır. MQ-ın əvvəlki Atlaslarından fərqli olaraq müəlliflər müxtəlif növ kollektorları (vulkanogen-çöküntülü, karbon-terrigenli), çoxlumiqdarda-yüksəkkeyfiyyətli nazik kəsiklərdən, həmçinin rentgen analizləri, difraktometriya və skanerli elektron mikroskopiyadan istifadə edərək nəzərdən keçirəcəklər. 
 
 
III. Atlasın strukturu
 
 
Təqdim olunan Atlas hər bir NQR-kı çöküntülərin xarakterik kəsilişlərinin mətnini və təsvirini köndələn kəsiklər, süxurların kristal-optiki xüsusiyyəti – şliflər, rentgen difraksiyası, skanerli elektron mikroskopiya göstəriləcək. 
 
 
Atlasın hər bir bölməsi 1-ci cədvəldə göstərildiyi kimi Azərbaycanın NQR-dan birinə uyğun gələcək. 
 

 

Cədvəl 1. Azərbaycanın tədqiq olunmuş (öyrənilmiş) NQR-ı.

Bölmə Neftli-qazlı rayonlar
I. Quba-Xəzəryanı-Quba
II. Şamaxı-Qobustan
III. Yevlax-Ağcabədi
IV. Kür-Qabırrı çayarası


2-ci cədvəldə göstərildiyi kimi hər bir NQR özünə məxsus tədqiq olunmuş intervallar kompleksinə malikdir.


Cədvəl 2. Azərbaycanın NQR tədqiq olunmuş stratiqrafik intervalları.

 

NQR İntervallar
Xəzəryanı-Quba
Yura çöküntüləri
Təbaşir çöküntüləri
Eosen çöküntüləri
Maykop çöküntüləri
Çokrak çöküntüləri
Şamaxı-Qobustan 
Təbaşir çöküntüləri
Eosen çöküntüləri
Maykop çöküntüləri
Çokrak çöküntüləri
Konski-Qaraqan çöküntüləri
Sarma-Meot çöküntüləri
Yevlax-Ağcabədi
Eosen çöküntüləri
Maykop çöküntüləri
Çokrak çöküntüləri
Sarma-Meot çöküntüləri
Kür-Qabırrı çayarası
Eosen çöküntüləri
Oliqosen-miosen çöküntüləri


Atlasın tərtibi zamanı müxtəlif litofiziki parametrlərin (toxumun tərkibi, xeyli məsaməlik, keçiricilik, sementin tərkibi) və eyni zamanda skanerli elektron mikroskopiyanın, rentgen-difraktometrik və s. analizlərin nəticələrindən istifadə olunması.


IV. Müəlliflər qrupu

Baş redaktor: akademik Alizadə Ak.A.
Redaktor, işin rəhbəri: müxbir üzvü Quliyev İ.S.
Baş redaktor müavini, icraçı rəhbər: g-m.e.d. AMEA müxbir üzvü Feyzullayev Ə.Ə.
Redaksiyanın kollegiyası üzvləri: Dr. Süleymanov S.F., dr. Atayeva E.Z., dr. Xeyirov M.B.


Müəlliflər:

Süleymanov S.F. Proektin konsepsiyası: Azərbaycanın bütün NQR üzrə 1-ci cədvəldə göstərilən göstəricilərin yığımı, interpretasiyası və ümumiləşdirilməsi, koordinasiyanın tədqiqi; sedimentoloji hissə
Atayeva E.Z. Stratiqrafik hissə: Azərbaycanın bütün 1-ci cədvəldə göstərilən göstəricilərinin yığımı, interpretasiyası və ümumiləşdirilməsi
Xeyirov M.B. Sedimentoloji hissə: Azərbaycanın, bütün NQR üzrə 1-ci cədvəldə göstərilən göstəricilərinin yığımı, interpretasiyası və ümumiləşdirilməsi


İcraçılar:

Quliyev K.T. Atlas üçün materialların yığımı və analizi, kompüter dizaynı
İsmayılova Q.Q. Göstəricilərin işlənməsi
İbrahimov B.V.  Göstəricilərin işlənməsi
Zeynalova X.M.  Nümunələrin hazırlanması, laboratoriya eksperimentləri
Hüseynova Z.Ş. Materialların hazırlanması, dizayn (diaqrammlar və s.)


V. Layihənin aparılması şərtləri

  • Başlanğıc: sentyabr 2002 il
  • Sonu: avqust 2003 il


Daha dolğun məlumat üçün müraciət edin:


Professor İbrahim S. Quliyev
Pr. H.Cavid, 29A, AZ 1143, Bakı, Azərbaycan
Tel: (99412) 4395619; 4975284
Faks: (99412) 4975285; 4975283
E-mail:
[email protected]