Gİ-nin əsərləri
KOLLEKTORLARI DEFORMASİYA OLUNAN DƏRİNDƏ YERLƏŞƏN NEFT VƏ QAZ YATAQLARININ HİDRO-QAZDİNAMİKASI
(M.T.Abasov, Q.İ.Calalov, T.M.İbrahimov, A.M.Məmmədov, V.S. Məmiyev)
Xülasə
Monografiyada bir sıra illər ərzində müəlliflərin kollektorları deformasiya olunan dərində yerləşən neft və qaz yataqlarının işlənilməsinin hidroqazdinamikasının fundamental tətqiqatlarının nəticələri gətirilmişdir. Deformasiya olunan yataqlara həsr edilmiş elmi-tətqiqatl işlərinin dolğun analizi verilmişdir.
Süzülmə prosesslərinin riyazi modelləşdirilməsi və kollektorların süzülmə-tutum xarakteristikalarının təyini metodikalarının işlənilməsi sahəsində nəzəri və metodiki tətqiqatlar ümumiləşdirilmişdir.
Yataqların süzülmə-tutum parametrlərini kəmiyyət və keyfiyyətcə tətqiq etməyə imkan verən bir sıra hidrodinamik məsələlərin həlləri alınmışdır.
Monografiya neft və qaz yataqlarının işlənilməsi məsələləri ilə məşğul olan elmi və mühəndis-texniki işçilər və həmçinin doktorantlar və tələbələr üçün nəzərdə tutulmuşdur.