Elmi seminarlar


Geoloji risklərin qiymətləndirilməsinin nəzəri əsasları və metodologiyası

Elçin Bağır oğlu Bağırov

2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Tarix: 21 İyun 2021-ci il, 11:00


21 İyun 2021-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya şurasının 2521.01 – «Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı» ixtisası üzrə seminarında Elçin Bağır oğlu Bağırovun Yer elmləri üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün «Geoloji risklərin qiymətləndirilməsinin nəzəri əsasları və metodologiyası» («Теоретические основы и методология оценки геологических рисков») mövzusunda təqdim etdiyi DISSERTASIYA IŞININ MÜZAKIRƏSI keçiriləcək.