Xəbərlər


GGİ MAGİSTRANTLARININ QIŞ İMTAHAN SESSİYASI BAŞA ÇATIB


1 fevral 2022-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) təhsil alan I və II kurs magistrantlarının 2021-2022-ci tədris ili üzrə qış imtahan sessiyası uğurla başa çatıb.

“Geologiya” və “Geologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan magistrantlar ixtisaslaşma fənləri üzrə 11sınaqdan çıxıblar. Belə ki, İnstitutun “Geologiya” ixtisası üzrə təhsil alan I kurs magistrantları “Mantiyanın petrologiyası”, “Maqmatik və metamorfik süxurların petrologiyası”, “Stratiqrafiya”, “Geologiya mühəndisliyi” ixtisası üzrə, II kurs magistrantı “Sekvens stratiqrafiyası haqqında anlayış”, “Alternativ və qeyri-ənənəvi enerji mənbələri” kimi ixtisaslaşma fənlərindən imtahan veriblər. İmtahanlar AMEA müxbir üzvü Elmira Əliyeva, g.-m.e.d., professor Musa Məmmədov, y.e.e.d. Qulam Babayev,g.-m.e.n. Rauf Kərimov və g.-m.e.n. dosent Zəki Vəliyevin iştirakı ilə reallaşıb.

İmtahanlarda AMEA “Təhsil” şöbəsi magistratura sektorunun müdiri f.ü.f.d. Qafil Dəmirov iştirak edib.