Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ALİMİNİN MƏQALƏSİ UKRAYNANIN ELMİ NƏŞRİNDƏ DƏRC OLUNUB

 
15 iyul 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitutu “Seysmologiya, geomaqnetizm və petrofizika” şöbəsinin rəhbəri vəzifəsini icra edən Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayevin şöbənin əməkdaşı Solmaz Ağayeva ilə rus dilində hazırladığı “Tarixi və müasir dövrlər ərzində Azərbaycanda güclü zəlzələlər (konseptual baxış)” adlı məqaləsi Ukrayna Milli Elmlər Akademiyası Geofizika İnstitutunun “Геофизический журнал» adlı nəşrindэ dərc edilib.

Məqalədə mövcud tarixi və arxiv materiallara, əvvəlki illərin tədqiqatlarının nəticələrinə, kataloqlara və digər mənbələrə əsasən, maqnituda M ≥6 gücündə olan tarixi və müasir dövrləri əhatə edən geniş bir müddət ərzində (427-2019 illər) Azərbaycan ərazisində baş vermiş güclü, katastrofik və dağıdıcı zəlzələlər barədə, ölkə üzrə seysmik aktiv zonalar haqqında mövcud məlumatlar geniş təqdim edilir. Həmçinin seysmik təhlükənin qiymətləndirilməsində son illər ərzində geniş istifadə olunan iki əsas üsulun (ehtimal və deterministik) konseptual təhlili təqdim olunur. Məqalədə eləcə də gələcəkdə aparılacaq seysmoloji və seysmik monitorinq üzrə tədqiqatlar zamanı əsas və ümumi vəzifələr vurğulanır, çağırışlar diqqətə çatdırılır.