Xəbərlər


GGİ-də DİSSERTASİYA ŞURASININ ONLAYN İCLASI KEÇİRİLİB

 
02 iyun 2021-ci il

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya şurasının onlayn iclası keçirilib.

Iclasda AMEA Geologiya və Geofizika İnstitutunun keçmiş doktorantı və AMEA Rəyasət Heyəti aparatının Xarici Əlaqələr İdarəsinin MDB ölkələri ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Aytən Bəxtiyar qızı Hüseynovanın 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisasında yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Изотопная геохимия флюидов грязевых вулканов Шамаха-Гобустанского и Нижнекуринского районов в связи с оценкой перспектив нефтегазоносности» (“Neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi ilə əlaqədar Şamaxı-Qobustan və Aşağı Kür rayonlarının palçıq vulkanları flüidlərinin izotop geokimyası”) mövzusunda dissertasiya işinin müdafiəsi reallaşıb.

MüdafiəAzərbaycan Respublikası Prezidenti yanında Ali Attetasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair tələblərə uyğun keçirilib.

Elmi işin rəhbəri AMEA-nın həqiqi üzvü g.-m.e.d. İbrahim Quliyev, rəsmi opponentlər AMEA-nın müxbir üzvü, g.-m.e.d. Tələt Kəngərli, g.-m.e.n. Rauf Nadirov (Bakı Ali NeftMəktədi), g.-m.e.n. Müşviq Tağıyev (SOCAR “Neftqazelmitədqiqatlayihə” İns.) idilər.

A.Hüseynova dissertasiya işinin əsas məzmunu, müdafiə olunan müddəaları və tədqiqat işinin nəticələrindən irəli gələn elmi yeniliklər haqqında məlumat verib, sualları cavablandırıb. Sonra geniş müzakirələr keçirilib.

Elektron səsvermə keçiriləndən sonra yekun rəyin layihəsi müzakirə olunaraq qərara alınıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında Aytən Bəxtiyar qızı Hüseynovaya 2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.