Xəbərlər


"GEOLOGİYA VƏ GEOFİZİKADA İNNOVASİYALAR" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK

 
 20 aprel 2021-ci il

Geologiya və Geofizika İnstitutu (GGİ) "Geologiya və geofizikada innovasiyalar" mövzusunda gənc alimlərin və tələbələrin 8-ci Beynəlxalq elmi konfransını reallaşdırmağa hazırlaşır. Oktyabrın 5-8-də keçiriləcək onlayn elmi tədbir "Nizami Gəncəvi ili" nə həsr olunur.

Konfransdan məqsəd geologiya və geofizika sahələrində çalışan, təhsil alan gənc tədqiqatçıları bir araya gətirməkdir.

Elmi konfrans öz işini Yer qabığının araşdırılmasında yeni yanaşma və metodlar, geoloji və geofiziki problemlərin həllində informasiya texnologiyaları, Yer tarixinin dövrləşdirmə problemləri və geoloji hadisələrin əlaqəsi, karbohidrogen və filiz-maqmatik sistemlər, kompüter elmləri və geologiyası, Yer qabığının maddi və struktur təkamülünün geodinamik qanunauyğunluqları kimi sahələr ətrafında qurmağı planlaşdırır.

Qeydiyyat üçün aşağıdakı link təqdim olunur: https://sites.google.com/view/ggi2021

2021-ci il iyunun 15-i qeydiyyat üçün son tarixdir.