Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ALİMİNİN MƏQALƏSİ “ŞPRİNGER” NƏŞRİYYATININ KİTABINDA DƏRC OLUNUB

 

10 fevral 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayevin məqaləsi “Şpringer” nəşriyyatının çap etdiyi kitabda fəsil formatında dərc olunub.

“Qafqazda və digər orogen bölgələrdə geoloji təhlükələrin qiymətləndirilməsi və idarə olunması üçün bilik bazasının yaradılması” adlı bu kitabda (“Building Knowledge for Geohazard Assessment and Management in the Caucasus and other Orogenic Regions”) Qulam Babayevin yer aldığı məqaləsi müvafiq elmi sahədə tədqiqat aparan beynəlxalq auditoriya tərəfindən maraqla qarşılanıb.

Alimin “Azərbaycan hüdudlarında Böyük Qafqazın cənub yamacı boyu geoloji təhlükələrin qiymətləndirilməsi” adlı məqaləsində geoloji təhlükələrini səciyyələndirən müasir riyazi statistik modelləşmə üsullarının tətbiqi nəticəsində Böyük Qafqazın cənub yamacınıın seysmik və geodinamik rejiminin dərəcələrinə görə fərqlənən müxtəlif ərazilərin seysmogeoloji qiymətləndiriliməsi aparılıb.

“Şpringer” nəşriyyatının çap etdiyi kitabın fəsil formasında dərc olunan bu məqalədə, həmçinin müxtəlif seysmik inteqrə üsulları vasitəsilə alınan nəticələrin bir-biri ilə korrelyasiya olunaraq, tədqiqat ərazisinə daxil seysmoaktiv zonalarında zəlzələlərin müxtəlif vahidlərdə təsir effekti müəyyən edilib.