Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU MAGİSTRLARININ ATTESTASİYASI KEÇİRİLİB

 
9 fevral 2021-ci il

Geologiya və Geofizika İnstitutunda “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə təhsil alan I və II kurs magistrantlarının attestasiyası keçirilib. Attestasiya institutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə reallaşıb.Tədbirdə magistrantların qış imtahan sessiyasının nəticələri, fərdiş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin nəşri, elmi konfranslarda iştirak, həmçinin dissertasiya işlərinin gedişatına aid məsələlər müzakirə edilib.

Komissiya II kurs magistrantlarının dissertasiya işlərinin icrası ilə tanış olub, növbəti semestrdə aparılacaq nəzəri və çöl işləri haqqında mülahizələrini bildirib.

İclasda iştirak edən elmi rəhbərlər attestasiya olunan magistrantların elmi tədqiqatlarda fəal iştirakı və dissertasiya mövzuları üzərində ciddi və sərbəst işləmələri haqqında məlumat veriblər. Həmçinin gələcək alimlərə Geologiya və Geofizika İnstitutunun qarşısında mühüm vəzifə kimi duran tədqiqat işlərində məhsulda rfəaliyyət üçün geniş imkanlardan istifadə məsləhət görülüb.

Tədbirin sonunda magistrantlar dissertasiya İşlərinin gedişatında göstərilmiş hərtərəfli köməyə görə elmi müəssisənin rəhbərliyinə təşəkkürlərərini bildiriblər.

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.

Magistrantların attestasiya üzrə komissiyası öz qərarlarını İnstitutun Elmi şurasına təqdim edəcək.