Xəbərlər


GGİ-də “GƏLƏCƏYƏ ADDIM” ÜMUMRESPUBLİKA OLİMPİADASININ QALİBLƏRİ MÜKAFATLANDIRILIB

 
02 fevral 2021-ci il

Geologiya və Geofizika İnstitutu (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının 2 Fevral Gənclər Günü münasibətilə təşkil etdiyi tədbirdə AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadasında uğur qazanmış gənclərə mükafatlar təqdim edilib.

Müsabiqənin Elmi Təşkilat Komitəsinin (ETK) sədri, akademik Əkpər Feyzullayevin, Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Orxan Abbasovun və ETK-nın elmi katibi Aysel Cəbrayılovanın iştirakı ilə keçən tədbirdə ölkə daxilində ilk dəfə reallaşmış onlayn formatlı olimpiadanın finalına yüksələn və qalib gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ETK-nın sədri akademik Əkpər Feyzullayev iştirakçıların timsalında Azərbaycan gənclərini bayramları münasibəti ilə təbrik edib, onlara elmi yaradıcıllıq fəaliyyətlərində uğurlar arzulayıb. Akademik ümumilikdə elmi müsabiqə haqqında fikirlərinin finalçı gənclərlə bölüşüb, onlara gələcək fəaliyyətlətilə bağlı tövsiyələr verib. Həmçinin qeyd edib ki, gələcəkdə adıçəkiləm elmi müsabiqənin təkmilləşdirilimiş yeni variantı məsələsi nəzərdən keçirilir.

Tədbirin sonunda finala yüksəlmiş iştirakçılara sertifikatlar, olimpiadanın qalibi seçilmiş gənclərə isə diplomlar, həmçinin pul mükafatları təqdim edilib.