Xəbərlər


İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ GEOLOJİ TƏHLÜKƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNƏ DAİR ELMİ-TƏDQİQAT PROQRAMI HAZIRLANIB

 
28 yanvar 2021-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) növbəti illər üçün “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkar edilməsi və geoloji təhlükələrin qiymətləndirilməsi” mövzusu üzrə elmi-tədqiqat işinin proqram hazırlanıb.

Yeraltı boşluqların, karst mağaralarının və tünellərin axtarışı problemi hələ XX əsrin 30-50-ci illərində araşdırılmışdır. Son dövrlərdə isə “tunnel müharıbələri” termini müharibə vəziyyəti olan ölkələr arasında ciddi təhlükəli problem olaraq meydana gəlib.

GGİ mütəxəssislərin fikrinə görə, mövcud geofiziki və aerokosmik metodların əksəriyyəti yeraltı boşluqların axtarışı və aşkarlanması üçün istifadə edilə bilər. Bu baxımdan işğaldan azad edilmiş Qarabağ ərazisində işğalçı Ermənistan ordusu tərəfindən yaradılmış yeraltı tunellər sisteminin, hərbi istifadə üçün hazırlanmış yeralti anbarların-böşluqların geofiziki və aerokosmik məlumatlar əsasında aşkarlanıb xəritələşdirilməsi böyük əhəmiyyət kəsb edir.

Ona görə də boşluqları müəyyənləşdirməyə imkan verən bir neçə geofiziki tədqiqat yolu-qravitasiya, maqnit, elektrik, seysmik və radiasiya tədqiqatlar nəzərə alınmaqla müasir aerokosmik üsullarında köməyindən və müvafiq olaraq bu istiqamətdə Azərbaycanın “Azersky” peykinin imkanlarından da istifadə etmək qərara alınıb.