GİA

Skif-Turan plitəsisinin şərqi Önqafqaz və Cənubi Manqışlaq hüdudunda neftli-qazlı perm-trias çöküntülərinin litologiyası və əmələgəlmə şəraiti



Dissertasiyada Skif-Turan plitəsinin Şərqi Önqafqaz və Cənubi Manqışlaq çökəkliklərinin perm-trias çöküntülərinin litostratiqrafiyası,litologiyası, neft-qazlılıq, kollektor və ekran süxurlarının petrofizik xüsusiyyətləri, formasiya təhlili, formasiyaların fasial-genetik və tsiklik quruluşu, paleocoğrafi  əmələgəlmə şəraitləri və neft-qazlılıq perspektivliyi işıqlandırılmışdır.


Müəllif dissertasiya işində Şərqi Önqafqazın və Cənubi Manqışlaq çökəkliynin perm-trias çöküntülərinin mədən geofiziki və mineraloji-petroqrafik koppelyativler əsasında litostratiqrafik sxemlərini işləmiş, sonra onları birbirlərilə üzləşdirərək bütün region üçün vahid bir yekun litostaqrafik sxem tərtib edilmişdir.


Perm-trias çöküntüləri əmələgətirən əsas süxur tiplərinin maddi tərkibi kompleks üsullarla açılmışlar və dolomit və xalsedonit süxurların əmələgəlmə konsepsiyası işlənmiş və qırıntılı süxurların mineraloji tərkibi öyrənilmişdir.


Qırıntılı süxurların tərkibi əsasında regionun ilk mezozoy ərəfəsində evolyusiyası izlənilmiş və onun səbəbləri aşkar edilmişdir. Qırıntılı süxurlarda və argillitlərdə vitrinin əks etmə qabilliyyəti əsasında və mühütün termobarik xüsusiyyətlərini, təbii rezervuarların postsedimentasion  dəyişikliklərini nəzərə alaraq onların perm-trias çöküntülərində katagenetik modeli işlənib hazırlanmışdır.


Şərqi Önqafqaz və Cənubi Manqışlaq regionunun perm-trias çöküntüləri üçün onun dörd inkişaf mərhələsinə məxsus 1:500000 miqyasında (son perm, ilk trias, orta trias və son trias) litoloji-paleocoğrafi xəritələr tərtib edilmişdir. İkl dəfə Skif-Turan plitəsinin kvaziplatforma kompleksi yeni mövqeydən struktur formasiya analizinə məruz qoyulmuş və tədqiqat regionunun perm-trias çöküntülərindən 9 formasiya ayrid edilmişdir. Həmin formasiyalar vasitəsilə Skif-Turan plitəsinin kvaziplatforma kompleksinin tektonik təbiyyəti və regionun ilk mezozoy inkişafı tarixi dəqiqləşdirilmişdir.


Dissertasiyanın sonunda litologi-paleocoğrafi kriteriyalar əsasında Şərqi Önqafqazın və Cənubi Manqışlaq çökakliyinin perm-trias çöküntülərinin neft-qazlılıq perspektivliyi qiymətləndirilmişdir.






30.12.2010     Çap et  Çap et