GİA

GGİ ƏMƏKDAŞI UFAZ UNİVERSİTETİNDƏ SEMİNAR MƏRUZƏÇİSİ OLUB


25 fevral 2022-ci il

Azərbaycan Dövlət Neft və Sənayə Universiteti nəzdindəki Azərbaycan-Fransız Universitetində(UFAZ) Geologiya və Geofizika İnstitutu(GGİ) “Seysmologiya, geomaqnetizm və petrofizika” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev UFAZ-ın “Weekly research seminars” proqramı çərçivəsində çıxış edib. Seminar “Azərbaycanın şimal-şərq hissəsi üçün deterministik təhlükənin qiymətləndirilməsi elementlərinin tətbiqi” (Applying the elements of deterministic hazard assessment for the north-eastern part of Azerbaijan) mövzusunu əhatə edib. Bundan əlavə Qulam Babayev iştirakçılara dünya təcrübəsində geniş yayılmış ehtimal və deterministik seysmik qiymətləndirilməsinin nəzəriyyəsi haqqında ətraflı məlumat çatdırıb.

Seminarda tələbələrlə yanaşı UFAZ-ın professorları Klara Kodri, Filip Turek də iştirak edib. Tədbirin sonunda məruzə ilə bağlı suallar cavablandırılıb, mövzü ətrafında geniş müzakirələr aparılıb. GGİ nümayəndəsi Qulam Babayev ilə Filip Turek arasında birgə elmi işlərin aparılması imkanları, gələcək əməkdaşlıqlar və ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi reallaşıb.
 





25.02.2022     Çap et  Çap et