GİA

GEOLOGİYA VƏ GEOİZİKA İNSTİTUTU İŞÇİLƏRİNİN ATTESTASİYASI KEÇİRİLİB

 

16 fevral 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının”, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-67-ci maddələrinin tələblərinə, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci Maddəsinin tələblərinə uyğun olaraq, AMEA Rəyas ət Heyətinin 29.12.21-ci il tarixli 6/1161 nömrəli məktubuna əsaslanaraq, AMEA Geologiya və Geofizika İnstitutunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə işçilərin attestasiyası keçirilməsi məqsədilə İnstitutun baş direktoru akademik Akf Əlizadənin əmri ilə komissiya təşkil edilib. Komissiyanın tərkibində akademik, AMEA müxbir üzvləri və elmlər doktorları iştirak ediblər. Akademik Əkpər Feyzullayevin sədrliyi ilə attestasiya fevralın 1-dən 15-nə keçirilib.

İnstitutun 24 elmi, elmi-təşkilatı, analitik və digər şöbələrinin 154 əməkdaşı attestasiyadan keçib. Komissiya attestasiyadan keçən hər bir əməkdaşın təqdim olunmuş sənədlərini nəzərdən keçirib və onun gördüyü işlər haqqında məlumatı dinləyib. İşçilərin tutduqları vəzifəyə uyğunluğunun müzakirəsi tələbkarlıq, eyni zamanda obyektivlik prinsipi ilə aparılıb. Nəticələr gizli səsvermə yolu və səs çoxluğu ilə müəyyənləşdirilərək qəbul edilib. Komissiya həmçinin qəbul etdiyi qərarlarında attestasiyadan keçmiş əməkdaşların fəaliyyət səmərəliliyinin artırılmasına dair tövsiyələr verib.

Attestasiyanın nəticələrinə aid hesabat tezliklə hazırlanıb GGİ Elmi Şurasına təqdim olunacaq.












16.02.2022     Çap et  Çap et