GİA

GEOLOQ ALİM FHN YANINDA İCTİMAİ ŞURANIN SƏDRİ SEÇİLİB

 
18 may 2021-ci il

Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai şuranın ilk iclası keçirilib.

Tədbirdə təşkilati məsələlər müzakirə olunub. İki il fəaliyyət göstərəcək İctimai şuraya Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən AMEA-nın Geologiya və Geofizika İnstitutunun professoru Fuad Hacızadə səsvermə qaydası ilə sədr, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov sədr müavini, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Vəfa Abbasova isə katib seçilib.

İclasda şura üzvləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs edilərək, nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq rəy və təkliflərin təqdim edilməsi, şura üzvlərinin əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərdə yaxından iştirakı və digər təkliflər səsləndirilib.
 





18.05.2021     Çap et  Çap et