GİA

GGİ MÜTƏXƏSSISLƏRI GƏNC GEOLOQLARIN ÇÖL-TƏDQIQAT İŞLƏRİNƏ RƏHBƏRLİK EDƏCƏKLƏR

 
14 aprel 2021-ci il

Geologiya və Geofizika İnstitutunun (GGİ) “Paleofloristika” sektorunun və “Geotektonika və regional geologiya” şöbəsinin rəhbərləri AMEA-nın müxbir üzvü Tələt Kəngərli və y.e.f.d. Şəfəq Bayramova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində 2016-cı ilin sentyabr ayından müştərək proqramlar reallaşdıran Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə birgə geoloji çöl-tədqiqat işlərində iştirak ediblər.

Çöl-ekspedisiya işləri Bakı-Samaxı-Çuxuryurd-Dəmirçi-Lahıç-Brovdal-Namazgah-Gəndov-Buynuz-Qalacıq-Vəndam-Bakı marşrutu üzərində yerləşən eosen-təbaşir yaşlı kəsilişlərin və Qızməryəm palçıq vulkanı üzərində aparılıb.

Təhsil alan gələcək geoloqların ekspedisiya işlərinə qatılaraq təcrübə qazana biləcəkləri nəzərə alınaraq UFAZ tələbələrinin də bu marşrut, həmçinin Kiçik Qafqaz marşrutu üzrə geofizika və struktur geologiya çöl-tədqiqat işlərində iştirakı GGİ ilə razılaşdırılıb. Payızın ilk günlərində UFAZ-ın 4-cü kurs tələbələrindən və magistrlərdən ibarət 24 nəfərlik heyət Geologiya və Geofizika İnstitutu mütəxəssilərinin rəhbərliyi altında çöl-tədqiqat işləri aparacaqları planlaşdırılıb.
 





14.04.2021     Çap et  Çap et