GİA

Yerin təkindən istifadənin ekoloji-hüquqi bazasının sistemli təhlili və təkmilləşdirmə istiqamətləri



Azərbaycan ərazisində müxtəlif tarixi dövrlərdə yerin təki haqqında qanunvericiliyin və dağ-mədən hüququnun yaranması, təşəkkülü və möhkəmlənməsi etapları nəzərdən keçirilmişdir. Bu qanunvericiliyin və onun baza qanunverici aktının ‒ “Yerin təki haqqında” AR qanunun (YThAQ) müasir vəziyyətinin təhlili aparılmışdır. Onların qüsurları qeyd edilmişdir və bu qüsurlar içərisində başlıcası, mövcud boşluqlara, uzlaşmamalara, toqquşmalara və s. görə, sistemlilik xassəsinin olmamasıdır. Bu qüsurların səbəbləri aşkar edilmiş və onların aradan qaldırılması üçün sistemyaradan faktorlar təklif edilmişdir: optimallaşdırılma; Qanunun struktur elementlərinin təsnifatı; onun hakim anlayışlarının, onların münasibətlərini və məntiqi əlaqələrini nəzərə almaqla, təyininin dəqiqliyi və birmənalığı; onun hüquqi normalarının elmi əsaslandırılması və öz aralarında və həmhüdud normativ hüquqi aktların (NHA) normaları ilə onların uzlaşdırılmasının təminatı. Göstərilən faktorlar əsasında:

Bundan əlavə, yerin təki haqqında AR qanunvericiliyinin bir sıra mübahisəli və az öyrənilmiş məsələlərinin (təhlükəli tullantıların Yerin təkində basdırılması, yerin təkinin konservativ mühafizəsi və s.) təhlili aparılmış və YThAQ-də müvafiq boşluqların aradan qaldırılmasına və ona (digər sistemyaradan faktorlarla birlikdə) sistemlilik verilməsinə imkan verən həll edilmə metodları təklif edilmişdir.





08.01.2019     Çap et  Çap et