GİA

“ÜMUMİ YERŞÜNASLIQ” KİTABININ TƏQDİMATI KEÇİRİLİB


 16 oktyabr, 2018-ci il

Akademiklər Akif Əlizadə və Ramiz Məmmədovun elmi redaktorluğu ilə AMEA ak. Həsən Əliyev adına Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazərin yenicə çapdan çıxmış “Ümumi yerşünaslıq” (rus dilində) dərs vəsaitinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutunun direktoru, akademik Ramiz Məmmədov kitabın ensiklopedik əhəmiyyətindən, onun coğrafiya fakültələrinin müəllimləri, tələbə və doktorantları, eləcə də orta məktəb müəllimləri üçün əvəzsiz bir mənbə olduğundan söhbət açıb. O bildirib ki, kitabda ümumi yerşünaslığın predmeti, obyekti və vəzifələri nəzərdən keçirilir. Yer kürəsinin daxili quruluşu və yaranma şərtləri, həmçinin coğrafi təbəqə - geosferin xüsusiyyətləri haqqında geniş məlumat verilir.

426 səhifədən, 6 hissədən, 20 fəsildən ibarət və çoxlu sayda şəkil, cədvəl, xəritələrlə müşayiət olunan dərs vəsaitinin oxunaqlı və asan bir dildə qələmə alındığını xüsusi qeyd edilib.

Kitabın müəllifi çıxışında bildirib ki, 10 ilə başa gələn vəsaitdə fənnə uyğun bütün sonuncu məlumatlar toplanaraq cəmlənmiş, yeni coğrafi anlayış və terminlərin izahı verilib.

Daha sonra İnstitut əməkdaşları mövzu ətrafında çıxış edərək bu dərs vəsaitinin çapının əhəmiyyəti, onun Azərbaycan dilinə tərcüməsinin vacibliyi və önəmi haqqında müzakirələr aparıblar.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]



 





16.10.2018     Çap et  Çap et