GİA

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

 
24 noyabr 2017-ci il

Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi.

Toplantıda 2017-ci ildə başa çatmış elmi tədqiqat işləri, o cümlədən “Azərbaycan ərazisinin dərinlik quruluşu və paleomaqnetizmi”, “Azərbaycanda petrologiya və metallogeniya sahələrində elmi tədqiqatların inkişaf tarixi (II hissə: 1971-1991)” mövzuları üzrə araşdırmaların nəticələri müzakirə olundu.

Sonra institutun redaksiya-nəşriyyat fəaliyyəti, analitik bazasının vəziyyəti və aparılan işlərin effektivliyi haqqında çıxışlar dinlənildi. İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşdı.














AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]


 





24.11.2017     Çap et  Çap et