GİA

İnnovasiya layihələrinin koordinasiyası şöbəsi


Şöbə rəhbəri texnika elmləri doktoru İbrahimov Vaqif Bağır oğlu.

Теl/Fаks: (994 12) 539 38 20
E-mail: [email protected]


2001-ci ildə İnnovasiya layihələrinin koordinasiyası şöbəsinin təşkili institutda əvvəlki illərdə aparılmış elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması vasitəsi ilə fundamental elmin bazar iqtisadiyyatının reallıqlarına uyğunlaşdırılması və tətbiqi tədqiqatların və işlənilmələrin perspektivlik nöqteyi-nəzərindən innovasiya dövrünün çıxışında alınan rəqabətədavamlı elmi məhsulun (atlaslar, xəritələr, məlumat bazaları və s.) gələcək inkişafı zərurəti ilə bağlıdır.

Şöbənin işinin əsas istiqamətləri:

Geologiya İnstitutunda 4 innovasiya layihəsi yerinə yetirilmişdir:


2000-2018-ci illərdə şöbənin informasiya-metodik dəstəyi ilə institutun alimləri milli və xarici fondların müsabiqəsinə 200-dən çox layihə hazırlayıb təqdim etmişlər. Fondların qrant dəstəyini almış 100-dən çox layihə institutun fəaliyyətinin prioritet istiqamətlərinin bütün spektrini – beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi (xarici tərəfdaşlarla birgə elmi tədqiqatlar), müasir avadanlığın alınması, beynəlxalq seminarların, konfransların keçirilməsi, gənc mütəxəssislərin hazırlığı (məşhur xarici universitetlər və elmi mərkəzlərdə təhsil), onların ixtisasının artırılması (Türkiyə, İsveçrə və Finlandiya və s. ölkələrdə qısamüddətli treninq kurslar) əhatə edir.

Şöbənin maraq dairəsinə həmçinin daxildir: elmşünaslıq (xarici təcrübə, Azərbaycanda elmin inkişaf tendensiyaları, hüquqi təminat və s.), müəllif hüququ (innovasiya/qrant layihələrinin həyata keçirilməsi prosesində alimlərin intellektual mülkiyyətinin və müəllif hüquqlarının hüquqi müdafiəsi), Yer elmləri sahəsində müasir informasiya texnologiyalarının tətbiqi (RS&GIS).





03.11.2017     Çap et  Çap et