Azərbaycan Milli Elmlər Akademiyası
Geologiya və Geofizika İnstitutu
Layihənin rəhbəri, baş redaktor:
akademik Ak.A. Əlizadə
Redaktor:
akademik A.C. İsmayılzadə
Müəlliflər:
Ad.A. Əliyev, İ.S. Quliyev, F.H. Dadashov, R.R. Rəhmanov
İcraçilar:
"Palçıq vulkanizmi" şöbəsninin əməkdaşları:
O.R. Abbasov, A.N. Məmmədova, R.V. Axundov, E.E. Baloğlanov, A.R. Hüseynov, Ə.R. Yaqubov
ISBN 978-9952-437-56-0
© "Nafta-Press" nəşriyyatı, 2015
Alp-Himalay, Sakit okean və Mərkəzi Asiya qırışıqlıq qurşaqlarında yerləşən dünyanın 42 ölkəsinin, Xəzər, Qara və Araliq dənizlərinin dərinsu zonalarının, həmçinin qitələrin passiv kənarlarınln palçıq vulkanlarınln fəaliyyəti təhlil edilib. Onların morfoloqiyası, struktur mövqeyi və püskürmə məhsullarının geokimyası təsvir olunub. Qlobal miqyasda palçıq vulkanizminin 15-20 km və daha çox qalınlıqda, kəsilişdə mütləq paleogen-miosen çöküntülərinin iştirak etdiyi mollas kompleksli kaynozoy çökəkliklərinə xas olan geodinamik şərait və termodinamik proseslərlə əlagəsi əvvəllər elmi nəticələrdə öz təsdiqini tapmışdır. Tədqiq olunan (2500-dən çox) dünya palçıq vulkanları, Azərbaycan timsalında oxşar təsnifat böıgüsünə uyğun olaraq, bir-birilə mənşəyə görə qarşılıqlı ələqəsi olan vulkan və vulkan təzahürlərinə ayrılmışdır.
Litosfer plitlələrin toqquşma (konvergent) hüdudunda, akkresiya prizmaların əmələgəlmə sahələri, dərinsu hövzələri və zəif tektonik gərilmə zonalarında məlum olan palçıq vulkanizmi vilayətləri ilə yanaşı, Makkenzi, Missisipi, Orinoko, Nil, Niger və b. çayların qədim gətirmə konusları ayrılmışdır. Palçıq vulkanlarının əvvəllər müəyyən olunan eosen-miosen və pliosen çöküntülərində karbohidrogen əmələgəlmə zonaları ilə, onların əsasən diapir strukturlarda yerləşməsi və vulkan fəaliyyətinin seysmikliklə paragenetik ələqəsi təsdiq edilmişdir.
MÜNDƏRİCAT
MÜQƏDDİMƏ
PALÇIQ VULKANİZMİ - UNİKAL TƏBİƏT HADİSƏSDİR
PALÇIQ VULKANLARININ ÖYRƏNİLMƏSİNİN TARİXİ İCMALI
ŞƏRTİ İŞARƏLƏR
AZƏRBAYCANIN PALÇIQ VULKANLARI
AZƏRBAYCAN VƏ CƏNUBİ XƏZƏR AKVATORİYASI - DÜNYANIN PALÇIQ VULKANLARININ MAKSİMAL TOPLANDIĞI REGİONDUR