Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda
akademik Z. Əliyeva adına orta məktəbin 10 və 11-ci sinif şagirdləri üçün açıq qapı günü keçirildi. Tədbirdə məktəblilərə institutun fəaliyyəti, o cümlədən ictimai maraq kəsb edən seysmologiya, geodinamika, palçıq vulkanizmi və digər sahələrdə aparılmış tədqiqatlardan bəhs edildi.
KİV-lərin nümayəndələri tədbirə dəvət olunmuşdu.