Avtoreferatlar
Bor Azərbaycanın geoloji komplekslərində (paylanma qanunauyğunluqları və axtarış perspektivləri)
Babayev Nəriman İ.
(2000)
Dissertasiya işinin yerinə yetirilməsində məqsəd aparılmış nəzəri və təcrübi tədqiqat işlərinə əsaslanaraq, Azərbaycan Respublikası ərazisində bor birləşmələrini aşkar edib onlardan səmərəli istifadəni əsaslandırmaqdır.
Bunun üçün, borun müxtəlif geoloji komplekslərdə paylanma və toplanma qanunauyğunluqları öyrənilmiş, onun genetik təsnifatı verilmiş, 11000-dən çox geokimyəvi süxur nümunəsi fiziki-kimyəvi üsullarla öyrənilmiş, “Bor anhidridinin palçıq vulkanları brekçiyalarında paylanması” xəritəsi, həmçinin “Azərbaycanda bor elementinin yayılması” xəritəsi 1:500000 miqyasında tərtib olunmuş, Respublikada ilk dəfə olaraq vulkan brekçiyasında uleksit və bura mineralları aşkar edilərək, mineraloji təsvirləri verilmişdir. Bundan başka, riyazi-statistik üsullardan istifadə edərək, borun statistik parametrləri qiymətləndirilmiş və bəzi geoloji qurumlar üçün onun perspektiv resursları hesablanmışdır.
Bir nəticə olaraq borun müvcud süxur komplekslərində toplanma qanunauyğunluqları aşkar edilərək, onun maqmatizm, metamorfizm və diageniz prosesləri ilə əlaqəsi təyin edilmişdir. Tədqiqatların bəzi nəticələri tətbiq olunmaq üçün YİJSNİQRİ və Azərbaycan respublikasının geologiya və mineral ehtiyatları Dövlət Komitəsinə təqdim olunmuşdur.