Avtoreferatlar
Yüksək özülülüklü neftlərin çıxarılması prosesinin tənzimlənməsi üzrə qərarların qəbulunun metodoloji əsasları
Kirdoda İqor İvanoviç
2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı
Çox hissəsi ağır və yüksəközülülüklü neftlər olan çətin çıxarıla bilən karbohidrogenlər, ənənəvi yüngül və azözülülüklü neft ehtiyatlarını üstələyərək, yaxın illərdə hasilatın kifayət qədər perspektivli artımı mənbəyi kimi qalmaqdadır.
İşin məqsədi yüksəközülülüklü neftlərin çıxarılmasında və nasosla istismarda optimal rejim parametrlərinin işlənməsində layın enerjisindən maksimum istifadə etmək hesabına quyuların istismarının səmərəliliyini yüksəltməkdir.
Aparılmış tədqiqatlara əsasən ilk dəfə olaraq, quyuların cari neftverimini və hasilat quyularına optimal iş rejimlərinin təyinində diaqnostik məlumatların quymətləndirilməsinə temporal yanaşmanın mümkünlüyü göstərilmişdir. Hasilat quyularının iş rejimindən kənara çıxmaları və əsas texnoloji göstəricilərin sapma əlamətinə görə “lay – quyu – dərinlik nasosu” sisteminin vəziyyətinin, dinamiki xüsusiyyətlərini təyin etməyə imkan verən metodika işlənmişdir.
Layın quyudibi zonasında yüksəközülülüklü neftlər axdıqda “skinfaktorun” və həddi sürüşmə gərginliyinin, quyuda mayenin statik səviyyəsinə təsirini nəzərə almağa imkan verən metodika işlənmişdir. Mədən tədqiqatlarına əsasən alınmış ölçüsüz parametrlər layın və mayelərin fiziki xassələrini nəzərə almaqla real təzyiq düşgüsü ilə qüz mütənasibdirlər.
Laya impuls barotəsir üsulu işlənmişdir və dinamoqramın operativ təhlil metodikası eyni zamanda avadanlığın işlək müddətini artıraraq quyunun məhsuldarlığının yüksəlməsini təmin edir