Ana Səhifə / Xəbərlər

Xəbərlər

16 Dec 2025 Nəşrlər Nəşrlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUTU ƏMƏKDAŞININ ÖLKƏNİN İLK QADIN REJİSSORU OLAN ANASI HAQQINDA KİTAB ÇAPDAN ÇIXIB

Azərbaycanın Əməkdar jurnalisti Nadejda İsmayılovanın ölkənin  ilk qadın rejissoru Xalq artisti, Dövlət mükafatı laureatı, Gülcahan Güləhmədovanın həyat və yaradıcılığına ithaf etdiyi “Nə yaxşı ki varsınız” kitabının Azərbaycan variantı çapdan çıxıb. Kitabla tanış olan GGİ əməkdaşları yalnız indi biliblər ki, Gülcahan Güləhmədova ETN Geologiya və Geofizika İnstitutu Neft geokimyası laboratoriyasının rəhbəri, baş elmi işçi Qalina Martınovanın anasıdır.      


Kitabda Gülcahan Güləhmədovanın şəxsən özü ilə olan müsahibələrində müəllif onun keçdiyi keşməkeşli, lakin maraqlı həyat yolunu faktlarla oxuculara təqdim edir. Nəşrdə Gülcahan xanımın səhnələşdirdiyi Şillerin “Mariya Stüart”, Gibsonun ”Yelləncəkdə iki nəfər”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, Səməd Vurğunun “Vaqif”, Şekspirin “Otello” və digər məşhur əsərlər haqqında heç yerdə dərc olunmamış, eşitmədiyiniz faktlara da geniş yer ayrılıb.


G.Güləhmədovanın Xalq artisti Mehdi Məmmədov, Adil İskəndərov, Xalq yazıçısı İlyas Əfəndiyev, dünyaşöhrətli cazmen Vaqif Mustafazadə, Xalq artisti Lyudmila Duxovnaya, Dina Tumarkina, Dinara Əliyeva, Əvəz Abdulla kimi korifeylərlə olan iş birliyi oxuculara maraqlı faktlarla təqdim olunur.


Kitabı Azərbaycan dilinə Yer elmləri üzrə fəlsəfə doktoru Zəki Vəliyev həmkarı, jurnaliast Tamilla Rüstəmovanın redaktəsi ilə tərcümə edib.


Gülcahan xanımın qızı Qalina Martınova Geologiya və Geofizika İnstitutunun baş direktoru, kitabın ərsəyə gəlməsinə maraq və dəstək göstərmiş akademik Akif Əlizadəyə və bu xeyirxah işdə əməyi keçmiş hər kəsə xüsusi minnətdarlığını bildirib.

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUTU ƏMƏKDAŞININ ÖLKƏNİN İLK QADIN REJİSSORU OLAN  ANASI HAQQINDA KİTAB ÇAPDAN ÇIXIB
next
next