Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
“QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR. GEOLOGİYA VƏ MİNERAL RESURSLAR” İKİCİLDLİYİ ÇAPDAN ÇIXIB
ETN Geologiya və Geofizika İnstitutunda AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” ikicildliyi çapdan çıxıb. Kitabın müəllifləri akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvləri Dadaş Hüseynov və Tələt Kəngərlidir.
Əsər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində uzun illər aparılmış ətraflı geoloji elmi tədqiqatların, geoloji xəritələmə və geoloji axtarış-kəşfiyyat işlərinin nəticələrini əks etdirən vahid məlumat toplusudur.
Kitabın birinci cildində ərazinin geodinamik mövqeyi, tektonikası, stratiqrafiyası, maqmatizmi, seysmikliyi, eləcə də süxurların təbii radioaktivliyinə aid sistemləşdirilmiş məlumatlar verilir.
İkinci cilddə ərazinin hidrogeologiyası, faydalı qazıntıları, mineralları və geosaytları haqqında məlumatlar yer alıb.
İkicildlik ərazinin geoloji xüsusiyyətləri və faydalı qazıntıları ilə maraqlanan mütəxəssislər, yerli idarəetmə orqanları, təhsil müəssələri, özəl qurumlar, həmçinin geniş oxucu kütləsi üçün yığcam və dolğun məlumat bazası üslubunda tərtib edilib.
Kitab “Nafta -Press”nəşriyyatında ərsəyə gətirilib.