
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
“ANAS Transactions Earth Sciences ” JURNALININ BU İL ÜÇÜN İLK NÖMRƏSİ ÇAPDAN ÇIXIB
AR ETN Geologiya və Geofizika İnstitutunun nəşr olan beynəlxalq “ANAS Transactions Earth Sciences ” jurnalının 2025 -ci il birinci nömrəsi “Elm” nəşriyyatında çap olunub.
Cari nömrədə Yer Elmlərinin müxtəlif sahələrini əhatə edən və resenziyadan keçmiş məqalələr yer alıb. Nəşrin yeni sayının bütün materialları həm də jurnalın saytında (https://journalesgia.com/en) yerləşdirilib. Bu nömrədə Azərbaycan respublikası ərazisində RSXM və Oksford universiteti əməkdaşları tərəfindən aparılan paleoseysmoloji tədqiqatların nəticələri, işğaldan azad edilmiş Qubadlı rayonunda radioekoloji risklərin tədqiqinə aid yazı, süni intellekt (Sİ) metodlarının neft-qazlı ərazilərdə süxurların kollektor xüsusiyyətlərinin qiymətləndirilməsində tətbiqinə aid material, Avrasiya ilə Qondvana arasında qalan Azərbaycan əazisinində yerləşdiyi keçid zonasında baş verən mürəkkəb geodinamik qarşılıqlı təsirlərin tədqiqinə, eləcə də Azərbaycan ərazisinin neft-qaz sahələrinin geoloji rayonlaşdırılmasına yeni yanaşmaya dair məqalələr s. yer alıb.
Xatırladaq ki, “ANAS Transactions Earth Sciences ” 2020 -ci ildən SCOPUS bazasına daxildir.