Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 Jul 2025 İclaslar İclaslar

GGİ-də MÜTƏXƏSSİSLƏR ŞURASININ VƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARININ BİRGƏ İCLASI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Mütəxəssislər şurasının (kollokvium) və Ümumrespublika elmi seminarının birgə iclasında “Neftli-qazlı hövzələrin litogenezi” şöbəsinin kiçik elmi işçisi, doktorant Emin Quliyevin Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Orta Kür dağarası çökəkliyi Təbaşir çöküntülərinin sedimentasiyasının geodinamiki şəraitinin mineraloji-geokimyəvi indikatorları” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İddiaçının elmi rəhbəri AMEA müxbir üzvü Elmira Əliyevadır.

İnstitutun baş direktoru akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq sözü doktorant Emin Quliyevə verib.

E.Quliyev ilkin müzakirədə Orta Kür dağarası çökəkliyinin çökmə süxurlarının mineraloji və geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi, petrografik və geokimyəvi analiz metodlarını, onların təkamül xüsusiyyətləri ilə kompleks tətbiqi, o cümlədən bu metodoloji yanaşmaların  öyrənilən ərazidə formalaşma şəraitini, litofasial dəyişmələrə səbəb olan bir sira amillərin, habelə geodinamik proseslərin təsirini daha dəqiq qiymətləndirilməsi haqqında məlumat verib. Eləcə də kompleks tədqiqatlar zamanı neft-qaz yataqlarının və filiz faydalı qazıntıları axtarış istiqamətlərinin müəyyənləşdirilməsinin əhəmiyyət daşıdığını vurğulayıb.

Dissertasiya işinin rəyçiləri y.e.e.d. Orxan Abbaov və y.e.f.d. Şəfəq Bayramova iddiaçı Emin Quliyevin elmi mövzusunun aktuallığını, əldə etdiyi nəticələri, işin yerinə yetirilməsi üçün müəyyənləşdirilən metodologiyanın səmərəli icrasını qeyd ediblər.

Geologiya və Geofizika İnstitutunun Kollokvium üzvləri çıxışlarında dissertasiya işinin ilkin müzakirəsində səsləndirilən irad və təklifləri nəzərə almaqla iddiaçıya tövsiyələrini bildiriblər və dissertasiya işinin növbəti mərhələdə də müzakirə olunmasını yekdilliklə dəstəkləyiblər.

next
next