Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Jan 2025 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də“RİYAZİ GEOLOGİYA” MÖVZUSUNDA KURSA START VERİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda “Riyazi geologiya” mövzusunda kursa start verilib. Əsasən gənc alimlər üçün nəzərdə tutulmuş kursu Neft və Qaz İnstitutunun şöbə müdiri t.e.d.,  professor, AMEA-nın müxbir üzvü Qərib Calalov aparır. Tədbirdən məqsəd gənc tədqiqatçı alimlərin  fəaliyyətində riyazi üsulların tətbiqini təkmilləşdirməkdir.

İlk mühazirədə diqqətə çatdırılıb ki, hazırda geologiya elminin inkişafını riyazi geoloji üsullarsız təsəvvür etmək mümkün deyil. Geoloji tədqiqatlarda riyazi üsulların tətbiqi nəinki neft-qaz yataqlarının kəşfiyyatında və işlənməsində, həmçinin geologiyanın  digər sahələrində də istifadə edilən geoloji üsulların təkmilləşməsinə xidmət edir. Bu baxımdən riyazi geologiyaya müraciət  edilməsi gənc tədqiqatçı-alimlərin  gələcək tədqiqatlarında fayda verəcək.

Xatırladaq ki, GGİ-də həftənin hər bazar ertəsi günü keçirilməsi nəzədə tutulan kurs 4 ay davam edəcək.

next
next