Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ ALMAQ ÜÇÜN DİSSERTASİYA MÜDAFİƏSİ KEÇİRİLİB
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya şurasının növbəti iclası keçirilib.
Dissertasiya şurasının sədri AMEA-nın həqiqi üzvü Əkpər Feyzullayev “BP Azərbaycan” şirkətinin baş geofiziki, Neft və Qaz İnstitutunun dissertantı, y.e.f.d. Nazim Abdullayevin 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisasında y.e.d. elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Бассейновый анализ Южно-Каспийской впадины на основе новых геолого-геофизических исследований” (“Yeni geoloji-geofiziki tədqiqatlar əsasında Cənubi Xəzər çökəkliyinin hövzə analizi”) mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olundunğunu elan edib.
Dissertasiya işinin elmi məsləhətçi AMEA-nın həqiqi üzvü, g.-m.e.d., prof. İbrahim Quliyev, rəsmi opponentlər g.-m.e.d., prof. Adil Əliyev ( ETN Geologiya və Geofizika Institutu), g.-m.e.d., prof. Tofiq Əhmədov (ADNSU), g.-m.e.d., prof. Vaqif Kərimov (S.Orconikidze adına Rusiya Dövlət Geologiya-kəşfiyyat Universiteti), g.-m.e.d., dosent Rauf Əliyarovdur (NQGPK ETİ).
Dissertasiya şurasının elmi katibi texnika üzrə fəlsəfə doktoru, dosent Dilquşa Mirzəyeva dissertasiya şurasına daxil olan sənədlərlə şura üzvlərini tanış edib.
Nazim Abdullayev dissertasiyanın mahiyyəti və aldığı nəticələr barədə çıxış edib. Bildirib ki, hazırda və yaxın gələcəkdə Xəzər regionu, xüsusən də Azərbaycanın Cənubi Xəzər hövzəsi (CXH) əsas neft və qaz mənbələrindən biri hesab olunur və onun dinamik karbohidrogen (KH) sistemini daha dərindən öyrənilməsi gələcəkdə böyük səmərə verəcək. Azərbaycanda son üç onillikdə yüksək keyfiyyətli ikiölçülü və üçölçülü seysmik kəşfiyyat və dərin qazma işləri zamanı toplanmış nəticələrin regional məlumat bazası yaradılıb. Bu da hövzənin təkamülünün daha aydın, vahid şəklini formalaşdırmağa imkan yaradır.
Nazim Abdullayevin, CXH və ona bitişik regionların yeni yanaşmaların və texnologiyaların tətbiqilə, təkamül nəzəriyyəsinin sintezinin həm CXH-yə, həm də dünyanın bir çox çöküntü hövzələrinin çöküntü örtüyünün formalaşmasına, çöküntütoplanmanın inkişafına və yer qabığı tipinin müəyyən edilməsinə həsr olunmuş dissertasiya işi aktualdır. Bu tədqiqatlar CXH-in başqa çöküntü hövzələrlə müqaisədə unikal xüsusiyyətlərinin təbiətini anlamağa kömək edəcək.
İclasda şura üzvlərinin və rəyçilərin sualları cavablandırılıb, geniş müzakirələr aparılıb.
Qərara alınıb ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında Nazim Rəsmi oğlu Abdullayevin 2521.01 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisasında yer elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.
Şuranın iclası bununla da sona çatıb.