Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ ALİMLƏRİNİN YENİ MƏQALƏSİ NÜFUZLU XARİCİ ELMİ JURNALDA DƏRC EDİLİB
AR ETN Geologiya və Geofizika İnstitutunun alimləri - AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun, professor Adil Əliyevin, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun, yer elmləri üzrə fəlsəfə doktoru Tofiq Rəşidovun və doktorant İlkin Kəngərlinin birgə tədqiqatları əsasında ərsəyə gəlmiş elmi nəticələr nüfuzlu “Springer” nəşriyatına aid “Geoheritage” jurnalında çap oluub. Jurnala təqdim olunmuş geniş həcmli məqalə, Azərbaycanda ən sıx paylanma nümayiş etdirən palçıq vulkanlarının geopark obyekti kimi, həm də regionun gələcək geoturizminə töhfəsi baxımından potensialının qiymətləndirilməsinə həsr olunub. GGİ alimlərinin araşdırmaları əsasən ölkə sərhədləri daxilində palçıq vulkanlarının spesifik yayılma, təzahür və fəaliyyət xüsusiyyətlərinin, həmçinin təsnifatlarının tədqiqini özündə əks etdirir. Əldə olunmuş zəngin materialların təhlilləri əsasında Azərbaycanın fərqli tektonik zonalarına aid bəzi spesifik xüsusiyyət və turizm potensialı daşıyan palçıq vulkanlarının geoirs statuslu obyektlər kimi təklif olunmasını zəruri edir.
Məqalə haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə etmək olar.
https://link.springer.com/article/10.1007/s12371-024-00931-3