Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Dec 2023 Nəşrlər Nəşrlər

“TÜRK DÜNYASININ COĞRAFİYASI VƏ ETNOSU”NUN RUS DİLİNDƏ SONUNCU CİLDİ ÇAPDAN ÇIXIB

AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu  “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilində sonuncu cildi çapdan çıxıb.


Bu fundamental əsərin təqdim edilən cildi 3 fəsildən ibarət olaraq türk dövlətlərinə, dövlət və milli qurumları olmayan türkdilli xalqlara həsr edilib. Kitabın ideya müəllifi və məsləhətçisi  akademik Akif Əlizadə, elmi  redaktoru professor Zakir Eminovdur.


Kitabın hazırlanmasında əsas məqsəd türk mənşəli xalqlar haqqında ensiklopedik məlumat vermək, hər bir xalqın digər xalqlar haqqında müəyyən coğrafi biliklərə malik olmasına imkan yaratmaqdır. Kitabda Rusiya, Çin, İran, Əfqanıstan və digər ölkələrdə öz tarixi torpaqlarında yaşasalar da, milli muxtariyyətə malik olmayan bu xalqların tarixən formalaşmış adət-ənənələri, milli geyimləri, dilləri təsvir edilib ki, bu da onların ortaq türk xüsusiyyətləri əsasında yarandığını göstərilir. İlk dəfə olaraq bütün türk xalqları haqqında məlumatlar vahid mənbədə təqdim olunur.


Kitab geniş oxucu kütləsi, müxtəlif sahələr üzrə mütəxəssislər, ali və orta ixtisas tələbələri, eləcə də ümumtəhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulub. Yeni nəşr həm də türk xalqlarının həyatı və coğrafiyası ilə maraqlananlar üçün geniş bilik mənbəyi ola bilər.

“TÜRK DÜNYASININ COĞRAFİYASI VƏ ETNOSU”NUN RUS DİLİNDƏ SONUNCU CİLDİ ÇAPDAN ÇIXIB
next
next