Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 May 2023 Çöl tədqiqatları Çöl tədqiqatları

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏMKİR RAYONUNDA EKSPEDİSİYADA OLUBLAR

Geologiya və Geofizika İnstitutu “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin əməkdaşları Şəmkir rayonunda ekspedisiyada olublar.


Şəmkir rayonunun və Ceyrançöl zonasının vizualizasiya təhlilinə həsr olunmuş ekspedisiyanı İnstitutun şöbə rəhbəri y.e.e.d, dosent Qulam Babayev, həmçinin şöbənin əməkdaşları b.e.i. İmran Muradi, mühəndis Yaşar Əliyev, böyük laborantlar Tural Babayev və Mirzəli Əliyev həyata keçiriblər.


Ekspedisiya zamanı qeyd edilən ərazilərin relyefi öyrənilib, ümumi tədqiqat ərazinin pleystoseyst zonasının morfoloji xüsusiyyətləri tədqiq edilib, geoloji strukturlarlavizual tanışlıq keçirilib, litoloji quruluş 1 m dərinliyə qədər öyrənilərək süxur nümunələri toplanılıb.


Görülən işlərlə yanaşı, Kürətrafı ərazilər, Kür qəsəbəsi, Ceyrançöl zonası, Şəmkir rayonu qeyd edilən aspektlərlə müşahidə obyekti olub.

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏMKİR RAYONUNDA EKSPEDİSİYADA OLUBLAR
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏMKİR RAYONUNDA EKSPEDİSİYADA OLUBLAR
next
next