Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Jan 2023 Nəşrlər Nəşrlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ ELMİ-TƏDQİQAT İŞİ NƏŞR EDİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin müvafiq  əmrinə əsasən tərtib edilən “Геологическая изученность Азербайджана  за 1971-2020 годы” (“1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi”)  beşcildliyinin  birinci cildi (2 kitabda) çapdan çıxıb.


Birinci  kitabda 1971-1975-ci, ikinci kitabda  1976-1980-ci illərdə dərc edilmiş və həmçinin  əlyazma elmi-tədqiqat işləri toplanıb. 


Nəşrin elmi redaktoru akademik Akif Əlizadə, redaktorları g.-m.e.d., professor Adil Əliyev, AMEA-nın müxbir üzvü Tələt Kəngərli və g.-m. e. n. Şahvələd  Köçərlidir.


“Геологическая изученность Азербайджана  за 1971-2020 годы” (“1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi”) kitabında  “Paleontologiya  və stratiqrafiya”,”Petrologiya, litologiya, geokimya, mineralogiya və petroqrafiya”, “Regional geologiya və geotektonika”, “Geofiziki tədqiqatlar”, “Neft-qazın geologiyası və geokimyası, palçıq vulkanizmi”, “Faydalı qazıntılar”, “Hidrogeologiya və mühəndisi geologiya”, “AMEA Geologiya və Geofizika İnstitutunun  Fond materialları ”, “Dissertasiya işləri və dissertasiyaların avtoreferatları” istiqamətləri üzrə elmi-tədqiqat işləri əhatə edilir.


1020 səhifəlik elmi-tədqiqat  işinin tərtibində 32 alim iştirak edib.

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ ELMİ-TƏDQİQAT İŞİ NƏŞR EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ ELMİ-TƏDQİQAT İŞİ NƏŞR EDİLİB
next
next