Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Dec 2010
Diqər xəbərlər
NEFTEMALI VƏ NEFTKİMYASI ARALIQ MƏHSULLARININ NEFT VERİMİNİN İNTENSİVLƏŞDİRİLMƏSİNDƏ İSTİFADƏ OLUNMASI MÜMKÜNLÜYÜNÜN TƏDQİQİ
Xülasə
Fiziki-kimyəvi üsulların quyudibi lay zonasına təsiri müxtəlif əmtəə kimyəvi maddələrin tətbiqi ilə əlaqədardır. Lakin bu maddələrin azlığı və yaxud onların maya dəyərlərinin baha olması Azərbaycan Respublikasının neft sənayesi sahəsində tətbiqini məhdudlaşdırır. Bunu nəzərə alaraq bir çox neftemalı və neftkimyası prosesləri aralıq məhsulları təhlil edilmiş və kompleks tədqiqatlarla onların neft veriminin intensivləşdirilməsinin müxtəlif sahələrində tətbiqini təmin etmək üçün lazımı tövsiyyələr hazırlanmışdır.
Tədqiq edilmiş aralıq maddələr sistemləşdirilmiş və onların konkret tətbiq sahələri müəyyənləşdirilmişdir. Bu məhsullar əsasında işlənmiş yeni texnologiyaların neft yataqlarında tətbiqi yüksək səmərə vermişdir.