Alimlər


QULİYEV, İbrahim S.

AMEA-nın vitse-prezidenti



1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib. Geologiya-mineralogiya elmləri doktoru (1989), professor. 
AMEA-nın həqiqi üzvü (2007). 1970-ci ildən AMEA-nın Geologiya İnstitutunda işləyir, elmi işlər üzrə direktor müavinidir. “Azərbaycan Neft təsərrüfatı” elmi-texniki jurnalının baş redaktorudur. Azərbaycanın əməkdar elm xadimidir. Azərbaycan Dövlət mükafatı laureatıdır.

Elmi tədqiqat sahələri: təbii qazların geologiya və geokimyası, neft-qaz yataqları və palçıq vulkanizmi, çöküntü hövzələrində dinamik proseslər, hövzə modelləşdirilməsi, neft-qaz modelləşdirilməsi, neft-qaz potensialının proqnozlaşdırılması.

200-dən artıq elmi iş və 6 monoqrafiyanın müəllifidir.

E-mail: 
[email protected]