Alimlər


MUXTAROV, Abdulvahab Ş.

Geologiya-mineralogiya elmləri doktoru

  
       
Qax rayonunun İlisu kəndində anadan olmuşdur (1948). Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini fərqlənmə ilə bitirmişdir (1972). Fizika-riyaziyyat elmləri namizədi (1986).Geologiya-mineralogiya elmləri doktoru (2011). 1976-cı ildən AMEA-nın Fizika İnstitutunda,1977-ci ildən Geologiya İnstitutunda işləyir. «Geotermiya» şöbəsinin rəhbəridir.

Elmi tədqiqat sahələri: quyularda, dənizdə və palçıq vulkanlarında geotermik tədqiqatlar, Yerin istilik sahəsi, İstilik seli, süxurların istilik xassələri, Yerin istiliyinin mənbələri – süxurlarda radiogen istilik generasiyası, hövzə modelləri – Cənubi Xəzər hövzəsinin termal təkamülü, Yer qabəğında istilikdaşınma modelləri, geothermal enerji və ondan istifadə perspektivləri.
 
90-dan çox elmi əsərin, bir monoqrafiya və iki müəlliflik şəhadətnaməsinin müəllifidir


Konfranslar

  1. Muxtarov A.Ş. Neft və qaz mədənlərinin istismarı zamanı səmt geotermal enerjisi / “Azərbaycanın geotermal resursları və onların xalq təsərrüfatında istifadə edilməsi” Respublika seminarının materialları. Bakı, 2004, s. 31

E-mail: [email protected] , [email protected]